Böyrək xəstəliklərinə multidissiplinar
yanaşma mövzusunda
elmi konfrans
Martın 9-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin və ictimai birliklərin birgə təşkilatçılığı, "EGİS Pharmaceuticals PLC" şirkətinin ölkə nümayəndəliyinin və "Medicus" MMC-nin dəstəyi ilə Ümumdünya Böyrək Gününə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda elmi konfrans öz işinə başlayıb.
Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin direktoru Fariz Babayev konfrans iştirakçılarına böyrək xəstəliyi ilə mübarizədə dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, tədbirin Ümummilli Liderin 100 illiyi ilə bağlı keçirildiyini vurğulayaraq bildirib ki, Ulu Öndər insanların sağlamlığına böyük önəm verirdi və bu istiqamətdə mühüm qərarlar qəbul edirdi.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Ümumdünya Böyrək Gününün tarixi barədə geniş məlumat verərək xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O, Mərkəzi Gömrük Hospitalında uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərildiyini vurğulayıb. İ.Əfəndiyev böyrək transplantasiyası sahəsində həm maddi-texniki baza, həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd edib. Konfransda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri Cəbrayıl Cəbrayılov da çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüblər.
Konfrans elmi hissədə panellər ilə öz işini davam etdirib.
Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə həyata keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu, mama-ginekoloq Gülnar Nuriyeva, Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov, Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov və hospitalın uroloqu Samir Ağalarov müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Akademik
M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının
tədbir zalında 100-ə yaxın müvafiq
ixtisaslı həkimin iştirakı ilə həyata
keçirilən elmi konfrans
günün ikinci
yarısı "Xroniki böyrək xəstəliyi:
Səbəb hər zaman böyrək deyil!", "Xroniki
böyrək xəstəliyinin uroloji səbəbləri"
və "Böyrəkəvəzedici müalicələrdə
müasir aspektlər"
başlıqlı panellərlə öz işini davam etdirib.
Azərbaycan.-
2023.- 11 mart.- S.12.