"Biz strsateji
tərəfdaş və müttəfiq kimi
Azərbaycan Prezidenti ilə işləməkdən
məmnunuq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Bolqarıstan Prezidentini
salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, cənab Prezident. Sizi Bakıda görmək
çox xoşdur.
Ümid edirəm ki, Forumdakı iştirakınızdan
məmnun olacaqsınız.
Əvvəlcə bu vacib tədbirdə
iştirak etmək üçün səfərinizə
görə Sizə təşəkkür edirəm. Sizin şəxsi
iştirakınız Qlobal
Bakı Forumunun səviyyəsini yüksəldir
və əlbəttə
əminəm ki, Siz bu beynəlxalq
tədbirin potensialına
mühüm töhfə
verəcəksiniz. Həmçinin
Sofiyadakı görüşlərimizi
də məmnunluqla xatırlayıram - keçən
il rəsmi
səfərim zamanı
və interkonnektorun açılışı mərasimində.
O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük.
Bir daha xoş gəlmisiniz.
Bolqarıstan Prezidenti Rumen Radev dedi:
- Çox sağ olun
cənab Prezident. Dəvətiniz və səmimi
qonaqpərvərliyiniz üçün
Sizə təşəkkür
edirəm. Bizim münasibətləri
dərinləşdirdiyiniz üçün
bir daha Sizə təşəkkür
edirəm. Çox şadam
ki, bu, təkcə
enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş
nöqtəsi idi.
Əvvəlcə enerjidən başlayaq.
Bildiyiniz
kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən
hər şey mükəmməl və heç bir problem olmadan işləyir.
Biz Azərbaycandan qaz aldığımıza
görə məmnunuq.
Bilirsiniz
ki, biz daha da irəli getməyə
hazırıq. Bizim “Həmrəylik
Həlqəsi” təşəbbüsümüz
Sizə məlumdur.
Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan,
Rumıniya, Macarıstan
və Slovakiyanın qazötürücü operatorlarının
imkan və səylərini birləşdirərək
əlavə həcmdə
Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan
etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın
1-də Prezident Vuçiçlə
birlikdə biz Bolqarıstanla
Serbiya arasında interkonnektora start verdik.
Beləliklə, görə bilərsiniz
ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini
təmin edərək
bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq.
Söhbət təkcə bundan
getmir. Vədinizə əməl etdiyinizə
və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə
bir daha təşəkkür edirik.
Mən mayda açılış
mərasimində iştirak
etməyi gözləyirəm.
Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq.
***
Görüşdə enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı və
digər sahələrdə
əməkdaşlıqla bağlı
məsələlər müzakirə
edildi.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi
töhfə qeyd edilərək Avropada yeni qaz konnektorunun
inşası məsələsinə
toxunuldu. Ötən ay Bakıda Yaşıl
Enerji Məşvərət
Şurası çərçivəsində
nazirlərin 1-ci iclasının
əhəmiyyəti vurğulanaraq,
Azərbaycanın Avropaya
yaşıl enerji təchiz edən önəmli ölkəyə
çevrildiyi bildirildi.
Söhbət zamanı nəqliyyat sahəsində əməkdaşlıqla
bağlı Bolqarıstandan
Azərbaycan ərazisindən
Orta Asiya ölkələrinə tranzit
yüklərin həcminin
artırılması məsələləri
barədə fikir mübadiləsi aparıldı.
Rumen Radev
Azərbaycan Prezidentini
ölkəsinə rəsmi
səfərə dəvət
etdi. Dəvət minnətdarlıqla qəbul olundu.
Azərbaycan.- 2023.- 12 mart.- S.1-2.