Baş nazir Əli Əsədov Çinin yeni Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
məktubda Li Çiana
fəaliyyətində uğurlar
arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da
dostluq, əməkdaşlıq məcrasında
inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə
əminlik ifadə olunub.
Azərbaycan.-
2023.- 12 mart.- S.2.