Bakıdan dünyaya sülh
çağırışı
Prezident İlham
Əliyevin himayəsi
altında baş tutan X Qlobal Bakı Forumu dünyanın üzləşdiyi
problemlərin həllinə
mühüm töhfə
verəcək
Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündən qısa müddət sonra Bakı daha bir qlobal foruma uğurlu evsahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu keçirildi.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə vermək üçün X Qlobal Bakı Forumunda müharibələr, iqlim dəyişikliyi, su qıtlığı, qida çatışmazlığı, aclıq və sair kimi hazırkı qlobalmiqyaslı problemlərin zəruri həll yolları barədə mühüm müzakirələr aparıldı, çıxış yolları arandı.
Azərbaycan qlobal məsələlərin
həlli ilə bağlı bir
çoxlarını ilhamlandırıb
Dünyada nüfuzu sürətlə artan Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın beynəlxalq problemlərin həlli yollarının müzakirə olunduğu mərkəzə çevrilməsi heç də təsadüfi deyil. Sülhü, humanizmi, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən ölkəmiz hər zaman dialoq formasında qlobalmiqyaslı problemlərin həllinin mümkünlüyünü də təbliğ edir. Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla təmsil olunan Azərbaycan bəşəri qərarların qəbuluna və icrasına da birbaşa töhfələr verir. 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması bu baxımdan vacib nümunələrdən biridır.
Eləcə də qlobal forumun Bakı şəhərində keçirilməsi Azərbaycana olan yüksək beynəlxalq etimadın, ölkəmizin bütün sahələr üzrə dünya siyasətindəki mühüm yerinin və rolunun olmasının göstəricisidir.
Forumdakı çıxışı zamanı Latviya Respublikasının Prezidenti Egils Levits də xüsusi qeyd etdi ki, Azərbaycanın son illər ərzində qlobal məsələlərdə oynadığı əhəmiyyətli rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub: "Əslində Azərbaycan siyasi baxımdan, yəni sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb".
Etibarlı tərəfdaş
Bu gün dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınan Azərbaycan İlham Əliyevin şəxsi səyləri, nüfuzu, beynəlxalq miqyaslı məsələlərin həllindəki danılmaz rolu sayəsində qlobal diskussiyaların aparıldığı platformaya çevrilib.
"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edən forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı. Həmçinin qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər və sair əsas müzakirə mövzularından oldu.
Bügunkü parçalanmış dünyada belə bir Hərəkata
böyük ehtiyac var
"Panellərdən
birinin multilateralizmə
həsr olunması məni məmnun etdi. Xüsusilə ona
görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə
öz üzərinə
götürdüyü və
120 dövlətin yekdil
qərarı ilə daha bir il
- 2023-cü ilədək uzadılmış
sədrliyini başa çatdırır", - deyə
forumda çıxış
edən dövlət başçısı İlham
Əliyev bildirdi ki, biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv
Qoşulmama Hərəkatını,
- əgər belə demək olarsa, - canlandırmağa çalışdıq.
Prezident onu da söylədi
ki, biz bu ilin sonunda sədrliyimiz
başa çatdıqdan
sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış
dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük.
Dünyada təhlükəsizliklə
bağlı yaranan problemlərdən danışan
İlham Əliyev münaqişələrin həlli
ilə bağlı Azərbaycanın təcrübəsi
ilə bağlı fikirlərini bölüşdü,
həmçinin Vətən
müharibəsindən sonra
bölgədə yaranan
reallıqlardan danışdı:
"Ermənistan azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya
əzab-əziyyət verib.
Münaqişəni dinc
yolla həll etmək və erməni qoşunlarının
Azərbaycan ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrini
icra etmək üçün Ermənistanı
inandırmaq cəhdlərimizə
baxmayaraq, Ermənistan
sadəcə BMT-nin Təhlükəsizlik Şurasının
qətnamələrinə məhəl
qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə
hörmətsizlik göstərdi".
Prezident münaqişənin
həlli istiqamətində
28 il ərzində
Minsk qrupunun da hər hansı nəticəyə nail olmadığını,
onların bu münaqişəni daimi dondurmaq istədiklərini
və Azərbaycanın
bununla razılaşmadığını
dedi: "Biz özünümüdafiə
hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən
də onun 51-ci maddəsindən istifadə
edərək düzgün
olanı etdik. Biz öz ərazilərimizi
güc tətbiq etməklə azad etdik. Bu, bizim
legitim hüququmuz idi".
Dövlət başçısı onu
da əlavə etdi ki, Ermənistanla
münaqişəni dinc
yolla həll etməyə çalışsaq
da, erməni tərəfi konstruktiv yanaşma göstərmədi
və Azərbaycan güc tətbiq edərək öz ərazisini azad etdi.
Hazırda ölkəmizin sülh istədiyini söyləyən
İlham Əliyev
forum iştirakçılarının diqqətinə çatdırdı
ki, "...biz hər hansı digər müharibəni istəmirik".
Avropanın "yaşıl
enerji" xəritəsini
ölkəmiz dəyişəcək
X Qlobal Bakı Forumunda panel müzakirələrdən biri
də enerji və daşımalar dəhlizlərinə, enerji
keçidinə həsr
olunmuşdu. Ötən illər ərzində
apardığı uğurlu
siyasət sayəsində
ölkədaxili enerji
təhlükəsizliyini yüksək
səviyyədə təmin
edən Azərbaycan hazırda xam neft, neft məhsulları,
təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisini xarici ölkələrə ixrac
edir. Eləcə də ölkəmizdə
bərpaolunan enerji potensialının yüksək
olması Azərbaycanı
tezliklə "yaşıl
enerji" ixracatçısına
çevirəcək.
Sözügedən sahədə
IX Forumun üzərindən
ötən bir il müddətində
Azərbaycanın xeyli
nailiyyətlərə imza
atdığını bildirən
Prezident İlham Əliyev məlumat verdi ki, əvvəlcə
Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Bununla Azərbaycan Avropaya
öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan,
Macarıstan və Rumıniya Avropa Komissiyasının sədrinin
iştirakı ilə
"yaşıl enerji"
və onun ötürülməsinə dair
saziş imzalayıblar.
Bunun əsasında Azərbaycandan Avropaya dənizdən külək
enerjisi stansiyalarından
ötürmə xətti
çəkiləcək: "Biz Avropanın enerji xəritəsini neft və qaz boru
kəmərlərinin inşası
ilə artıq dəyişmişik, indi isə növbə "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinindir".
Beynəlxalq missiya
Üç gün ərzində X Qlobal Bakı Forumunda dünya gündəmində
yer alan
mühüm problemlərin
araşdırılması və
həlli yonündə
aparılan müzakirə
və fikir mübadilələrinin dünyanın
yeni çağırışlarına
töhfə verəcəyi
şübhə doğurmur.
Bəli, dünya xəritəsində
kiçik nöqtə
kimi görünən
Azərbaycan bu gün sülhün, ədalətin, əməkdaşlığın
bərqərar olunması
üçün beynəlxalq
mesajların verildiyi mühüm məkana çevrilib. Bu isə
bir daha onu göstərir ki, Azərbaycan dünyanın və beynəlxalq aləmin bir parçası olaraq bəşəri dəyərlər naminə
üzərinə düşən
məsuliyyəti böyük
uğur və müvəffəqiyyətlə gerçəkləşdirir.
Yasəmən MUSAYEVA
Azərbaycan. - 2023.- 12 mart.- S.1; 6.