Bakı növbəti mötəbər tədbirə evsahibliyi etdi
Ölkəmiz qlobal problemlərin müzakirə
olunduğu mərkəzdir
Martın 9-dan başlayan
"Dünya bu gün: Çağırışlar
və ümidlər"
mövzusunda X Qlobal Bakı Forumu uğurla başa çatdı. Forum çərçivəsində panel iclaslarında yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən
təhlükəsizlik məsələsinə
və sülhün təmin olunması üçün perspektivlərə
nəzər salındı.
Eyni zamanda qarşıda duran çağırışların
həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə
təhlükəsizliyi məsələlərinə
toxunuldu, postpandemiya dövründə görüləcək
işlər, yeni səhiyyə sisteminin formalaşdırılması barədə
fikir mübadiləsi aparıldı.
Prezident İlham
Əliyev qlobal ümidləri doğrulda bilən platforma formalaşdırıb
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
qəzetimizə açıqlamasında
X Qlobal Bakı Forumunun əhəmiyyətinin
elə öz adında ifadə olunduğunu bildirib. Bu gün
dünyada müasir çağırışları cavablandıran və ümidləri doğrultmağa
istiqamətlənən beynəlxalq
platformaların mövcudluğundan
söz açan deputat qısa müddət əvvəl Münhendə və Davosda nəhəng və uğurlu siyasi müstəviyə şahidlik etdiyimizi xatırladıb: "Amma bu platformalar sülh və təhlükəsizliyə yönəlik
fəaliyyət ortaya qoya bilirmi, yaxud
belə niyyət, ümumiyyətlə, mövcuddurmu?
Təəssüf ki, bu gün qlobal müstəvidə dialoq platformalarının hamısı
qütbləşmə siyasətinə
qurban gedib. Elə Münhendə də, Davosda da konkret
olaraq bir qütbün müdafiəsi
və digər tərəfə doğru ittiham ritorikası hakim idi. Həmçinin təşəbbüslər daha çox qarşı tərəflə
sülhə yox, onun məğlub edilməsi üçün
səylərin birləşdirilməsinə
yönəlmişdi".
B.Məhərrəmov vurğulayıb ki, fəaliyyət dairəsinə
əsasən iştirakçıların
sayının ildən-ilə
artması fonunda Prezident İlham Əliyev Bakı Qlobal Forumunun timsalında dünyada çağırışları cavablaya, qlobal ümidləri doğrulda bilən, ehtiyac duyulan platforma formalaşdırıb. Digər
tərəfdən, Bakı
Forumunda özünü
doğrultmuş, qlobal
müstəvidə qəbul
edilən insanların
- sabiq dövlət və hökumət rəhbərlərinin və
hazırda dövlət
və hökumət başçıları olan,
xarici siyasətə, parlamentə rəhbərlik
edən şəxslərin
cəmləşməsi, əslində,
bu müstəvini çağırış və
ümidləri təhlil
etmək üçün
ən doğru beyin mərkəzinə çevirir. Prosesə Azərbaycanın öncüllük etməsinə
gəlincə, bu məqam heç kimdə sual doğurmur.
"Reallıqdır ki, Azərbaycan dövləti özü bir nümunə yaratmış beynəlxalq
subyektdir. Biz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini
cənab İlham Əliyevin rəhbərliyi
altında özümüz
hərbi-siyasi yolla icra etmişik. Habelə dövlət başçımız
Qoşulmama Hərəkatını
ətalətdən qlobal
təşkilatlanmaya doğru
aparan ciddi və nüfuzlu liderdir. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərlik
dönəminə qədər
dünyanın ikinci böyük təsisatı
olmasına baxmayaraq, Qoşulmama Hərəkatının
fəaliyyətində hansısa
fövqəladə, çevik
qərarların şahidi
olmamışdıq".
Deputat əlavə edib ki, Hərəkat pandemiya ilə mübarizədə qlobal səyləri birləşdirib,
postpandemiya və qütblərin toqquşması
dövründə isə
yeni çağırışlara
liderlik edən və təşkilatlanmaya
doğru gedən təsisata çevrilib. Təbii ki,
ortaya belə bir siyasi-diplomatik təcrübə qoyan ölkənin evsahibliyi etdiyi Qlobal Bakı
Forumuna marağın artması, gözləntilərin
olması başadüşüləndir.
Azərbaycanın beynəlxalq
arenada böyük gücə malik olmasının növbəti
təsdiqi
Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki,
Prezident İlham Əliyevin mükəmməl
diplomatik gedişləri
ölkəmizin həm
regional, həm də dünya miqyaslı nüfuzunu artırmaqdadır.
Deputatın sözlərinə görə,
bu gün dövlətlər, müxtəlif
siyasi qurumlar, beynəlxalq təşkilatlarla
qurulan yüksək münasibətlər və
Prezident İlham Əliyevin dünyada qəbul olunan yüksək nüfuzu Azərbaycanı bütövlükdə
dünya siyasətinin
reallaşmasında mühüm
iştirakçıya çevirib. Bütün bunların
nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə
beynəlxalq tədbirə
evsahibliyi edir. Qoşulmama Hərəkatının
son sammitindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə martın 9-da keçirilən "Dünya
bu gün: Çağırışlar və
ümidlər" mövzusunda
X Qlobal Bakı Forumu da bu
baxımdan mühüm
önəm daşıyır.
Prezidentin forumda çıxışından söz
açan Rəşad
Mahmudov bildirib ki, dövlət başçısı haqlı
olaraq həmsədrlərin,
bütün idarə heyətinin düşünülmüş
və səmərəli
fəaliyyətinin nəticəsi
kimi Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin
və intellektual potensialının aparıcı
beynəlxalq konfranslara
uyğun olduğunu qeyd edib: "Cənab Prezident həmçinin qeyd etdi ki, dünya
hazırkı şəraitdə
soyuq müharibənin
bitməsindən sonra
Şərq-Qərb qarşıdurmasına
şahidlik edir. Bütün problemlərin fonunda Qoşulmama Hərəkatı
münaqişələrin həllində,
yeni yanaşmaların
formalaşdırılmasında mühüm rol oynaya bilər. Ölkə rəhbəri münaqişələrin yaranmasından,
onun həlli yollarından danışaraq
diqqəti Ermənistanın
ölkəmizə qarşı
həyata keçirdiyi
hərbi təcavüzə
yönəltdi və işğal nəticəsində
Azərbaycanda humanitar
fəlakətin yarandığını,
bir milyondan artıq azərbaycanlının
öz ölkəsində
qaçqın və məcburi köçkünə
çevrildiyini, rəsmi
İrəvanın azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
apardığını vurğuladı.
Prezident həmçinin
münaqişəni sülhlə
aradan qaldırmağı
və erməni silahlılarının Azərbaycan
ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə
işğalçı ölkənin
məhəl qoymamasını,
beynəlxalq hüquqa
nümayişkaranə şəkildə
hörmətsizlik etdiyini
də diqqətə çatdırdı".
R.Mahmudov Prezident
İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
bundan əvvəl reallaşan forumundan ötən müddətdə
bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində imzalanan anlaşma memorandumunun hazırda uğurla icrasından söz açdığını
xatırladıb: "Prezident
İlham Əliyev çıxışında ötən
ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan
və Rumıniyanın
Avropa Komissiyası sədrinin iştirakı ilə "yaşıl enerji"nin ötürülməsinə
dair saziş imzalandığını da
bildirdi. Ölkə rəhbəri həmin
saziş əsasında
Azərbaycandan Avropaya
dənizdəki külək
enerjisi stansiyalarından
xəttin çəkiləcəyini,
həmin ötürmə
xəttinin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını
və bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinin
reallaşdırıldığını
iştirakçıların diqqətinə çatdırdı".
O qeyd edib ki, X Qlobal
Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin həm bu mötəbər
tədbirdə çıxışı,
həm də forum iştirakçısı olan
nüfuzlu siyasətçiləri
qəbul edərkən
söylədiyi fikirlər
ölkəmizin öz
maraqlarını təmin
etmək gücündə
olduğunu göstərdi.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.- 2023.- 12 mart.- S.6.