Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya
Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş
tərkibdə görüşü
Almaniya Azərbaycanın
ərazi bütövlüyü
və suvernliyini dəstəkləyir
Martın 14-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dedi:
- Əziz həmkarım, cənab Prezident.
Bakıda bizim görüşlərimizi xatırlayıram. Mən səfər edəndə başqa vəzifədə idim. İndi zaman başqadır. Ətrafımızda çətinliklər vardır. Biz vəziyyəti təhlil etdik. İndi Rusiyanın Ukraynaya təcavüzündən bir il keçir. Bunun siyasi mühit, iqtisadi vəziyyət üçün nə kimi təsiri var? Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir. Ötən müddət ərzində irəliyə doğru bir neçə addım atılıb. Şarl Mişellə danışıqlar prosesi aparılıb.
***
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Sağ olun, cənab Prezident. Almaniyaya yenidən səfər
etdiyim üçün
çox şadam.
Sizinlə təkbətək görüşdə müzakirə
etdiyimiz kimi, biz Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh
yolu ilə həllinə töhfə
vermək üçün
əlimizdən gələni
edəcəyik. Hesab edirəm
ki, razılaşma əldə etmək üçün yaxşı
şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki
görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və
suverenliyini tanıdığı
bir zamanda. Bu sazişi gec-tez
imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq
hüquqa əsaslanan və bizim mövqeyimizə
görə sülh sazişinin əsasını
təşkil etməli
olan beş
prinsip işləyib hazırlamışıq.
***
Almaniya Prezidenti qeyd etdi ki, dövlətimizin
başçısı ilə
görüşdə Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşması
və sülh müqaviləsinin imzalanması
ilə bağlı müzakirələr aparılıb
və o, sülh müqaviləsinin imzalanacağına
ümidvardır.
Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin apardığı missiyaya
dəstək verdiyini qeyd etdi, bu
əsnada tezliklə Brüsseldə görüşün
keçiriləcəyinə ümidvar olduğunu dedi. Almaniya Prezidenti əlavə etdi ki, Şarl
Mişelin missiyasına
hər iki tərəfin etimadı
var. O, həmçinin Amerika
Birləşmiş Ştatlarının
Dövlət katibi Antoni Blinkenin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması
prosesinə ciddi dəstək və töhfə verdiyini bildirdi.
Frank-Valter
Ştaynmayer Almaniyanın
Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
Ermənistanla sülh
müqaviləsinin imzalanma
prosesini, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin missiyasını,
Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu
əsnada aparılan görüşlərdə, qəbul
edilən bəyanatlarda
sülh müqaviləsinin
və sülh gündəliyi platformasının
müəyyən olunduğunu
diqqətə çatdırdı.
Dövlətimizin başçısı
qeyd etdi ki, beş
prinsipi özündə
əhatə edən sülh müqaviləsinin
imzalanması ilə bağlı təşəbbüs
məhz Azərbaycan tərəfindən irəli
sürülüb və
iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında
imzalana bilər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın
mövqeyi iki yanaşmadan ibarətdir.
Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması,
ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.
Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan tərəfindən müəyyən
olunmuş nümayəndə
martın 5-də Azərbaycanın
Qarabağ bölgəsindən
olan sakinlərlə görüşüb, Azərbaycan
Prezidentinin Administrasiyası
tərəfindən Qarabağın
erməni ictimaiyyətinin
nümayəndələri reinteqrasiya
məsələləri və
bir sıra infrastruktur layihələrinin
həyata keçirilməsi
üzrə təmasların
davam etdirilməsi üçün Bakıya
dəvət olunub.
Azərbaycan Prezidenti İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz
olduğunu qeyd etdi, separatist meyillərə
münasibətdə vahid
mövqeyin nümayiş
etdirilməsinin vacibliyini
vurğuladı.
Dövlətimizin başçısı
Azərbaycanın Laçın
yolu ilə bağlı məsələsinə
toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının
tamamilə əsassız
olduğunu bildirdi, yol üzrə hərəkətin təmin
edildiyini, dekabrın
12-dən etibarən Rusiya
sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç
Komitəsinin xətti
ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin,
150-dən çox tibbi
yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğuladı.
Prezident İlham Əliyev Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində
Ermənistan silahlı
qüvvələrinin mövcudluğunun
və Laçın yolundan hərbi məqsədlər, hərbi
daşımalar üçün
istifadənin Azərbaycan
tərəfini narahat etdiyini bildirdi.
Dövlətimizin başçısı
üçtərəfli Bəyanata
əsasən Zəngəzur
dəhlizinin açılması
ilə bağlı Ermənistanın üzərinə
düşən öhdəlikləri
yerinə yetirmədiyini
dedi və Laçın yolunun son nöqtəsində, Azərbaycan
və Ermənistan sərhədində Azərbaycanın
müvafiq sərhəd-keçid
məntəqəsinin yaradılması
ilə bağlı təklifi barədə məlumat verdi. Zəngəzur dəhlizinin fəaliyyətə
başlaması ilə
region üçün yeni
nəqliyyat dəhlizinin
formalaşmasına imkan
yaranacağını vurğulayan
Prezident İlham Əliyev Azərbaycanın
hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli
şəkildə davam
etdirdiyini bildirdi.
Görüşdə regional və qlobal gündəlikdə duran məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2023.- 15 mart.- S. 1-2.