Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə 1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr 1051,1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə 845, ¹ 6, maddə 1036, ¹ 7, maddə 1232, ¹ 8, maddə 1397, ¹ 11, maddə 1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə 717, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 318, ¹ 8, maddə 922, ¹ 12, maddə 1403; 2022, ¹ 7, maddə 762, ¹ 8, maddə 871, ¹ 11, maddə 1261) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək;”.
2. 3.1.65-ci yarımbənddə “Nazirliyin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər” sözləri “Nazirlik sisteminə daxil olan” sözləri ilə əvəz edilsin.
3. 3.1.69-cu yarımbəndə “peşəkarlıq” sözündən əvvəl “Nazirlik sistemində” sözləri əlavə edilsin.
4. 4.1.12-ci yarımbəndə “fəaliyyət istiqamətlərinə” sözlərindən əvvəl “Nazirlik sistemi üzrə” sözləri əlavə edilsin.
5. 5.1-ci bənddən “və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılsın.
6. 5.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.5.4. Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 mart 2023-cü il
Azərbaycan.- 2023.-16 mart.- S.2.