“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2023-cü il

 

     Azərbaycan.- 2023.- 18 mart.- S.1.