“Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Serbiya
Respublikasının Tikinti, Nəqliyyat və
İnfrastruktur Nazirliyi
arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə
və növbə çəkməyə dair
(DHDNÇ) 1978-ci il tarixli
Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu
qaydasına əsasən
sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti,
Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin
hazırlanmasına, onlara
diplom verilməsinə
və növbə çəkməyə dair
(DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə)
I/10-cu qaydasına əsasən
sertifikatların (diplomların)
tanınması haqqında”
2022-ci il noyabrın
23-də Belqrad şəhərində
imzalanmış Anlaşma
Memorandumu təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 18 mart.- S.2.