Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin
sədri ilə görüşüb
Martın 17-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası
Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.
Görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət qiymətləndiriblər.
Görüşdə, həmçinin
ikitərəfli əməkdaşlığın perspektivlərinə
dair fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2023.- 18 mart.- S.2.