Azərbaycanın və Türkiyənin xarici
işlər nazirləri regional əməkdaşlığı
müzakirə ediblər
Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.
Tərəflər, həmçinin
bölgədəki mövcud vəziyyət,
eləcə də qarşılıqlı maraq
doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparıb.
Azərbaycan.- 2023.- 18 mart.- S.2.