Qərəz
və riyakarlıq ünvanı
Azərbaycana
qarşı erməni sərsəmləmələri ilə
bağlı "sənəd"lər qəbul edən
korrupsioner Avropa Parlamentinin bütün məkrli cəhdləri
faydasızdır
Azərbaycan xalqının hər
bir nümayəndəsi Avropa Parlamentinin 2023-cü il martın
15-də ölkəmizə qarşı qəbul etdiyi qərəzli
qətnaməni qətiyyətlə pisləyir və rədd
edir!
Üzümüzü korrupsioner və
əl oyuncağına çevrilən avroparlamentarilərə
tutub deyirik ki, xalqımıza qarşı sərgilədiyiniz
bu ikiüzlü, mənfur, iyrənc siyasəti
dayandırın!
Bəsdir "insan haqlarının
keşikçisi" donuna bürünüb millətimizin
haqq və hüquqlarını tapdalamağa
çalışdığınız!
Onsuz da ard-arda qəbul etdiyiniz bu
bir qara qəpik dəyəri olmayan kağız
parçalarınız Azərbaycanı milli maraqlarını
qətiyyətlə təmin etməkdən çəkindirə,
döndərə bilməz.
Bir tərəfdən sizi də
anlayırıq, axı, Vətən müharibəsində
qazandığımız şanlı zəfərin sizin
timsalınızda bəzi riyakar təşkilat və ölkələrin
yuxusuna haram qatdığını, hələ də
Hayastanın "dəmir yumruq" qarşısında
baş əydiyi səhnənin gözünüzün
qarşısından getmədiyini bilirik.
Amma korrupsioner avroparlamentarilər,
siz də yaxşı bilin və yaddaşınıza birdəfəlik
həkk edin ki, çirkli erməni puluna olan quduz
iştahanız səbəbindən "demokratiya" adı
altında çıxardığınız hoqqalarla heç
nəyə nail ola bilməyəcəksiniz, necə ki 44
günlük müharibədə Azərbaycanın
Hayastanı darmadağın etdiyini dişiniz
dodağınızı kəsə-kəsə izləməkdən
başqa çarəniz olmadı, eləcə də diplomatiya
meydanında ölkəmizin haqq və ədaləti təmin
etməsini başınızdan qara tüstü
çıxa-çıxa seyr etməyə məcbursunuz.
"Demokratik"
deputatların "diqqətini çəkməyən" erməni
cinayətləri
Nə sirri-hikmətdirsə
"demokratik prinsipli" Avropa Parlamenti son dövrlər
bütün iş-gücünü buraxıb yalnız
Hayastanın "ərazi bütövlüyü", erməni
sərsəmləmələri ilə bağlı hay-həşir
qoparmaqla məşğuldur.
O Avropa Parlamenti ki, Azərbaycan
torpaqlarının Hayastanın işğalı altında
olduğu 30 illik böyük bir zaman kəsimində
işğalçıya qarşı bircə dənə də
olsun qətnamə qəbul etməyib. Halbuki şovinist erməni
milliyyətçiləri işğalçılıq siyasəti
ilə yüz minlərlə soydaşımızı tarixi
yurdlarından didərgin salmış, qaçqına, məcburi
köçkünə çevirmişdi. İşğal
müddətində erməni vandalları həmin ərazilərdə
daşı daş üstündə qoymayıb, tarixi, dini, mədəni
irsimizi yerləyeksan edib, bu yerlərdə "yanmış
torpaq" siyasəti həyata keçiriblər.
Birinci Qarabağ müharibəsindən
etibarən Hayastan silahlı qüvvələri tərəfindən
azərbaycanlı hərbçilərə, mülki şəxslərə
qarşı misli görünməmiş qırğınlar
törədilib. Hayastan silahlıları Birinci Qarabağ
müharibəsi dövründə beynəlxalq hüquq
normalarının və humanitar hüququn tələblərinə
zidd olaraq mülki əhalini girov götürüb, olmazın
işgəncələr verib, onları xüsusi
amansızlıqla öldürüblər. Həmin
insanların meyitlərini kütləvi məzarlıqlarda
basdırıblar. Bu günə kimi rəsmi İrəvan
Birinci Qarabağ müharibəsi zamanı əsir və girov
düşmüş 4000-ə yaxın azərbaycanlının
taleyi barədə heç bir məlumat verməyib.
Azərbaycana
qarşı ikiüzlü siyasət
İşğal müddətində
torpaqlarımızı "mina tarlası"na çevirən
Hayastan insanları hədəf alan bu cinayət əməlindən
hələ də vaz keçməyib. Vətən müharibəsindən
sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində
300-ə qədər Azərbaycan vətəndaşı
partlayışların qurbanı olub. İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycan ərazilərində
aşkarlanan minaların 2021-ci ildə Hayastanda istehsal
olunması faktı onu göstərir ki, Hayastan yeni minalar
basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini
davam etdirir.
44 günlük müharibədən
sonra Hayastan üçtərəfli Bəyanata zidd olaraq
Laçın yolundan hərbi məqsədləri
üçün istifadə edib, Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində olan Qarabağ
İqtisadi Zonasına silah-sursat, mina daşıyaraq Azərbaycan
ərazilərində təxribatlar
törədib.
Bu gün Azərbaycanı erməniləri
"blokada"da saxlamaqla suçlayan Avropa Parlamenti 30 ildir ki,
blokadada olan Naxçıvanın və
naxçıvanlıların talelərinə biganəlik sərgiləyir.
AP deputatları Azərbaycanın qərb rayonları ilə
Naxçıvanı birləşdirəcək yolun açılmamasına etiraz səslərini
qaldırmırlar, Hayastanı öz ordusunun
qalıqlarını Azərbaycanın hələ də
işğal altında saxladığı 8 kəndindən
geri çəkilməyə çağırmırlar.
Bütün bunlar Avropa Parlamentinin Azərbaycana qarşı
nümayiş etdirdiyi ikiüzlü siyasətinin göstəricisi
deyilmi?
Erməni
puluna olan quduz iştaha
Məkr yuvasına
çevrilmiş AP-nin martın 15-də növbəti dəfə
Azərbaycana qarşı obyektivlikdən və reallıqdan
uzaq, böhtan xarakterli qətnamə qəbul etməsi bu
riyakar qurumun ölkəmizə münasibətdə necə
düşmən mövqedə dayandığını
sübut edir.
Korrupsioner qurumun
vaxtaşırı bu kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti
ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək,
Azərbaycanı gözdən salmaq və Hayastanın xeyrinə
güzəştlər əldə etmək cəhdidir.
Reallıqdan uzaq, erməni sərsəmləmələri ilə
bağlı "sənəd"lər qəbul etməklə
özünü nüfuzdan salan AP təkzibedilməz şəkildə
sübut edir ki, erməni lobbisinin oyuncağına
çevrilib, hər vəchlə Cənubi Qafqazda sülhə
maneçilik törətməyə çalışır.
Korrupsioner AP deputatlarının bu
çirkin əməllərinin məqsədi isə yalnız
erməni təəssübkeşliyindən irəli gəlmir,
erməni puluna olan quduz iştahalarından da qaynaqlanır.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-
2023.-18 mart.- S.6