Korrupsiyaya bulaşmış Avropa Parlamenti
Bu nüfuzdan düşmüş
beynəlxalq təşkilatın Azərbaycana qarşı qərəzli
münasibəti, ermənipərəst mövqeyi
dəyişmir ki, dəyişmir
İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli yanaşmasının, ədalətsiz, əsassız qətnamələrinin şahidi oluruq. Humanizmdən, ədalətdən danışan AP-nin özü bu dəyərləri açıq-aşkar heçə sayır. Bu təşkilat həqiqətən də Hayastanın oyuncağına çevrilib, hayların göstərişləri, müraciətləri əsasında hərəkət edir. Bununla da ermənipərəst mövqeyini ortaya qoyur.
Avropa Parlamentinin növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməsi təşkilatın riyakar siyasətindən bir daha xəbər verdi. Qərəzli qətnaməsi ilə AP Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına əngəl törətməyə çalışır.
Amma həqiqət budur: qərəzli mövqeyə əsaslanan əsassız kağız parçaları Avropa Parlamentini nüfuzdan salmaqdan başqa bir işə yaramır.
Avropa Parlamenti
Hayastanın himayəçisi
kimi davranır
Milli Məclisin deputatı Fəzail Ağamalı qəzetimizə açıqlamasında
qeyd edib ki, Avropa Parlamenti
xristian klubu kimi uzun illərdir
Azərbaycana qarşı
qərəzli, böhtan
xarakterli əməllər
sərgiləyir. Burada moderator kimi Fransa
çıxış edir.
Son dövrlərdə dünya mətbuatını
zəbt edən korrupsiya halı Avropa Parlamentinin imicinə ağır zərbə vurub.
Deputat vurğulayıb
ki, AP belə biabırçı fakta görə bütün Avropa, eləcə də Azərbaycan xalqından üzr istəmək və qəbul etmiş olduğu qərəzli qətnamələrdən dolayı
ölkəmizə qarşı
münasibətini obyektiv
və ədalətli şərtlər üzərində
yenidən qurmaqdansa, hələ də öz çirkin mərəzini davam etdirir və Hayastanın himayəçisi
kimi fəaliyyətinə
son qoymaq istəmir:
"Onların qəbul
etdiyi qətnamələr
qərəzlidir. Parlamentin fəaliyyətində
islamofobiya, türkofobiya
var. Avroparlamentarilər Hayastanı
- vandal ölkəni himayə
edərək Azərbaycana
qarşı barışmaz
mövqe nümayiş
etdirirlər. Bu qətnamələr kağız
parçasından başqa
bir şey deyil. Bu, Azərbaycanın
Avropa İttifaqı ölkələri və digər Avropa dövlətləri ilə
yüksəksəviyyəli münasibətlərinə hər
hansı təsir göstərmək gücündə
deyil".
Prezident İlham
Əliyevin xarici siyasətində Avropa amilinin xüsusi yer tutduğunu vurğulayan Fəzail Ağamalı deyib ki, istər Aİ-nin təmsilçiləri,
istərsə də ayrı-ayrı dövlətlərin
prezidentləri, baş
nazirləri səviyyəsində
münasibətlərimiz yüksək
səviyyədə qurulub.
Avropa ölkəsi ilə aramızda ciddi sənədlər imzalanıb.
Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində olduqca
mühüm rol oynayır və bu, Avropa dövlətləri
tərəfindən də
təsdiqlənir. Belə bir
zamanda müxtəlif Avropa ölkələrini təmsil edən AP-nin deputatları tərəfindən bu cür qətnamənin qəbul edilməsi təəssüf doğurur.
Deputat hesab edir ki, bu
ədalətsizliyə, haqsızlığa,
böhtana qarşı
fəaliyyətimizi, mübarizəmizi
təkcə daxili deyil, həm də Avropa auditoriyası üçün genişləndirməliyik:
"Ən müxtəlif
bəhanələrlə Azərbaycana
qarşı əsası
olmayan növbəti qətnamə qəbul edildi. BMT-nin Təhlükəsizlik
Şurasında və
onun müxtəlif qurumlarında fiaskoya uğrayan Fransa indi də Avropa
Parlamentində ölkəmizə
qarşı təhdidlərini
davam etdirir. Gözlərindəki qara eynəyi
götürərək həqiqəti
dərk edib başa düşməlidirlər
ki, ekofəallar Azərbaycan ərazisində
ölkəmizin təbii
sərvətlərini vəhşicəsinə
talayıb dünya bazarına çıxarıb
pul əldə edərək separatizmi maliyyələşdirən, ekologiyamıza
ciddi zərbə vuran faşist rejimin əməllərinə
son qoymaq üçün
böyük fədakarlıq
göstərirlər. Onların əlində silah yoxdur. Sadəcə olaraq bu vandallığa qarşı
öz etirazlarını
bildirir və yataqlarda monitorinqin aparılmasını tələb
edirlər".
Deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin də gözü önündən Laçın-Xankəndi yolunda humanitar xarakter daşıyan müxtəliftəyinatlı avtomobillərin sərbəst keçidi müşahidə olunur. Yəni Ermənistanla Xankəndi arasında humanitar əlaqələr bu gün də mövcuddur, hər hansı məhdudiyyət yoxdur. Bu, ən müxtəlif platformalarda təsdiq olunmuş faktdır.
"44 günlük Vətən müharibəsində kağız parçalarına əhəmiyyət vermədən haqqı, ədaləti bərpa etdik, ərazi bütövlüyümüz təmin olundu. Avropa Parlamenti kimi qurumların qəbul etdiyi bu cür kağız parçaları bizim üçün son dərəcə əhəmiyyətsizdir. Azərbaycan öz haqqını reallaşdırmaq üçün beynəlxalq hüquq normalarına söykənərək addımlar atacaq", - deyə F.Ağamalı əlavə edib.
Azərbaycan Prezidentinin müstəqil
siyasəti məkrli qüvvələrin planlarını pozur
Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Avropa Parlamenti zaman-zaman Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir. Bu gün Avropa Parlamentinin korrupsiyaya bulaşmış rüsvayçı quruma çevrildiyini deyən deputat parlamentdə təmsil olunan bir sıra dövlətlərin nümayəndələrinin Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrildiyini bildirib: "Vaxt keçdikcə istər Avropa Parlamentinin rəhbər vəzifələrindəki şəxslər, istərsə də bir sıra deputatlar rüşfətxorluqda ittiham olunurlar. Məlum olur ki, onlar erməni lobbisinin çirkli pullarının yuyulmasında iştirak ediblər", - deyə K.Əliyeva əlavə edib.
Deputat vurğulayıb ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul ediyi əsassız qətnaməyə dövlətimiz kağız parçası kimi yanaşır. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət bu qüvvələrin planlarını heçə endirir: "Bir neçə gün əvvəl ölkəmizə qarşı qəbul edilən qərəzli qətnamə əvvəldən məlum idi. Belə ki, ölkə rəhbərimiz də bu qətnamənin qəbul edilməsinin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulamışdı".
Əsmər QARDAŞXANOVA
Azərbaycan.-
2023.-18 mart.- S.6