Serbiyanın Novi Pazar
şəhərinin meri Şuşada
görülən işlər barədə məlumatlandırılıb
Martın 17-də Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Serbiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Şuşa şəhərinin tarixi, burada görülən bərpa-quruculuq işləri barədə məlumat verib.
Qeyd edək
ki, Nihad
Bişevaçın Şuşaya səfirinin
məqsədi Şuşa ilə Novi Pazar arasında
qardaşlaşmış şəhərlər haqqında protokolun imzalanmasıdır.
Azərbaycan.-
2023.- 18 mart.- S.7.