Novi Pazar şəhərinin meri: “Ölkələrimiz
və şəhərlərimiz arasında böyük
potensial var”
Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasındakı əlaqələr ölkələrimizin münasibətlərinə inkişafına töhfə verəcək. Azərbaycan və Serbiya arasında yaxşı strateji əməkdaşlıq mövcuddur. Bu gün Şuşa ilə Novi Pazar şəhərləri arasında imzalanan qardaşlaşma haqqında sənəd də həmin strateji tərəfdaşlığımızın nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikriləri jurnalistlərə açıqlamasında Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç söyləyib.
Nihad Bişevaç deyib ki, ölkələrimiz və şəhərlərimiz arasında potensial böyükdür. Belə ki, biz turizm, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edə bilərik.
“Qarabağda
həyata keçirilən bərpa və quruculuq
işləri bizi həqiqətən də
heyran etdi. Mən bu regionun və
Şuşanın inkişafında sizə uğurlar
arzulayıram. Əlbəttə ki, sizin Serbiyanın Novi Pazar şəhərində də bir tərəfdaşınız və qardaş şəhəriniz olacaq”,
- deyə mer qeyd edib.
Azərbaycan.-
2023.- 18 mart.- S.7.