Xaçmazda Aqrar İnnovasiya Festivalı
Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı
ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib.
Festivalda Kənd
Təsərrüfatı Nazirliyinin
Elmi-Tədqiqat İnstitutları,
"Aqroservis" ASC, Aqrar
Xidmətlər Agentliyi,
Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət
Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə
fəaliyyət göstərən
60-dan çox yerli və xarici şirkət, fermerlər iştirak ediblər. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev və Kənd Təsərrüfatı
Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə
danışıblar. Aqrar İnnovasiya
Mərkəzinin direktoru
Anar Cəfərov
"Agroinnofest" layihəsinin
təqdimatı ilə
çıxış edib,
festival barədə ətraflı
məlumat verib.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində
təşkil edilən
festivalda müxtəlif
innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib. Festivalda bölgənin aqrar
potensialının və
perspektivinin müəyyən
olunması və bölgəyə uyğun
kənd təsərrüfatı
sahələrinin inkişafı
ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini,
habelə təsərrüfatlarında
tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə
bölüşüb. Həmçinin festivalda bölgənin
prioritet kənd təsərrüfatı məhsulları
və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən
prioritet istiqamətlər
üzrə təlimlər
keçirilib.
Festival zamanı Aqrar Təlim Mərkəzi tərəfindən
"Superintensiv fındıq
bağlarının salınması",
Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat
İnstitutu tərəfindən
"Gilas bitkisinin xəstəlik
və zərərvericilərinə
qarşı inteqrir mübarizə tədbirləri"
və ölkədə
müasir suvarma sistemləri sahəsində
xidmət göstərən
şirkət tərəfindən
"Pivot suvarma sistemi"
mövzularında maarifləndirilmə
işləri həyata
keçirilib. Eyni zamanda Aqrar İnnovasiya
Mərkəzinin təşkilatçılığı
və təşəbbüsü
ilə keçirilmiş
bir sıra startap yarışma və müsabiqələrin
iştirakçıları, eləcə də ali təhsil
müəssisələri öz
prototiplərini, məhsul
və həllərini,
ixtiralarını nümayiş
etdiriblər. Festival Quba-Xaçmaz və ətraf bölgələrin
fermerləri tərəfindən
maraqla qarşılanıb.
Aqrar İnnovasiya Mərkəzi
tərəfindən mütəmadi
olaraq bölgələrdə
təşkil edilən
bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi
üzrə dəstək
xidmətinin həyata
keçirilməsi və
kənd təsərrüfatı
məhsul istehsalçılarının
innovasiyalara əlçatanlığının
təmin edilməsidir.
Azərbaycan.- 2023.- 18 mart.- S.11.