Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında tikintidə
normativ və qiymətqoyma sisteminin
təkmilləşdirilməsi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də
Ankara şəhərində imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında tikintidə
normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Anlaşma Memorandumunun
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Türkiyə Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2023-cü il
Azərbaycan.- 2023.-19 mart.- S.6.