Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa
dair Protokolun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də
Ankara şəhərində imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında tikinti işləri sahəsində
əməkdaşlığa dair Protokol" təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2023-cü il
Azərbaycan.- 2023.-19 mart.- S.6.