Azərbaycan Misirlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

 

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.

Telefon zənginə təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti öz növbəsində Əbdülfəttah Əs-Sisini Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə xalqına çiçəklənmə inkişaf arzulayıb.

 

Azərbaycan.- 2023.- 28 mart.- S.2.