Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya

 

Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2023-cü il

 

Azərbaycan.- 2023.- 28 mart.- S.2.