Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Məsim Əhməd
oğlu Məmmədov
“Azərbaycan Respublikasında
iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 mart 2023-cü il
Azərbaycan.- 2023.-29 mart.- S.3.