Azərbaycanın xarici işlər
naziri İsrail və
Fələstinə rəsmi səfərə yola
düşüb
Martın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində martın 29-30-da nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
Azərbaycan.- 2023.- 29 mart.- S.5.