İntellektin süni
möhtəşəmliyi
" - Xoşbəxtlik nədir?
- Xoşbəxtlik insanların daxili rahatlığı, məmnunluğu və həyatlarından həzz alması deməkdir. Xoşbəxt insanlar, ümumiyyətlə, müsbət düşüncə tərzinə malikdirlər və həyatlarında onları xoşbəxt edən amilin fərqindədirlər. Bunlar çox vaxt sağlam münasibətlər, ailə sevgisi, işdən məmnunluq, şəxsi nailiyyətlər, hobbi və ya ehtiras ola bilər. Xoşbəxtlik insandan insana dəyişə bilər və hər kəsin öz tərifi var. Ümumilikdə həyatdan həzz almaq, müsbət düşünmək və özünüzü təkmilləşdirmək kimi elementlər xoşbəxtliyi təşviq edə bilər".
...Bu, süni zəkaya ünvanladığımız suala aldığımız cavabdır. Yəni süni intellekt xoşbəxtliyi bu mənada anlayır və ifadə edir.
Süni zəkanın yaratdığı reallıq
Artıq həyatımızın hər bir fəaliyyət istiqamətində süni intellektə əsaslanan proqramları, qurğuları, maşınları görürük. Demək olar ki, süni zəka bütün sahələri zəbt edib. Texnoloji inkişafın yüksək mərhələsindəyik desək yanılmarıq.
Doğrudur, zaman keçdikcə indiki innovasiyalar, süni intellekt əsasında yaradılmış robotlar bizə o qədər maraqlı və cəlbedici gəlməyəcək. Çünki onların yerini daha da təkmilləşdirilmiş yeni nəsil avadanlıqlar, kompüterlər, robotlar tutacaq. Bəzən belə sürətli inkişaf nəticəsində insan əməyinə artıq ehtiyac qalmayacağı ilə bağlı deyimləri eşitməyimizin səbəbi də süni zəkanın insan beynindən daha irəli getməsi, daha ağıllı və çevik cavabları, zamanın qızıldan qiymətli olduğunu nəzərə alaraq vaxta və xərcə qənaəti ilə bağlıdır.
Son zamanlar isə süni intellekt platformalarından biri OpenAI tərəfindən
hazırlanmış dil
modeli olan "ChatGPT"dir. Proqram 2022-ci
ilin noyabrında istifadəyə verilib, GPT
(Generative Pre-Training Transformer) texnologiyasından
istifadə edən və pulsuz olan "ChatGPT" tərcümə,
mətnin ümumiləşdirilməsi
və redaktə edilməsi kimi müxtəlif dil emalı tapşırıqlarını
yerinə yetirə bilir. Bundan əlavə, mürəkkəb
proqram kodlarını
təkmilləşdirmək və riyaziyyat suallarını cavablandırmaq
kimi analitik imkanlara da malikdir.
Süni intellektlə işləyən
tətbiq həm fərdi istifadəni, həm də şirkətlərin müəyyən
işlərinin həyata
keçirilməsini asanlaşdırır. Məsələn, çox vaxt aparan və təkrarlanan tapşırıqların
yerinə yetirilməsini
avtomatlaşdırır, həmçinin
şirkətlər insan
resursları proseslərini
əhəmiyyətli dərəcədə
sadələşdirərək vaxta və xərclərə
qənaət edə bilir.
Qeyd olunur ki, "ChatGPT" və onun törəmələri
kimi süni intellekt dil modelləri
insan resursları proseslərində lazım
olan nəzəri biliklərə çıxışı
təmin etməklə
yanaşı, istifadə
olunacaq sənədlərin
hazırlanmasında və
redaktə edilməsində
də istifadə oluna bilər.
Şirkət tərəfindən proqram
daim təkmilləşdirilir
və yeniliklər tətbiq olunur. Son məlumatlara
görə, şirkət
digər tərtibatçılarına
API vasitəsilə "ChatGPT"ni tətbiq və xidmətlərinə
inteqrasiya etməyə
imkan verəcək. "ChatGPT" API-nin qiyməti 750 söz üçün 0,002
dollar olacaq. Bundan əlavə,
standart API-nin icazə verdiyindən daha çox söz istifadə etmək istəyənlər
üçün də
xüsusi seçim şansı olacaq.
Həmçinin proqramın nitqi yazıya çevirən funksiyası da işə başlayıb. Bunun üçün
isə dəqiqəyə
0,006 dollar ödəyərək səsi yazıya çevirmək və tərcümə etmək
mümkün olacaq.
Süni zəka
həlləri dünyanın
gedişatını dəyişəcək
"Multimedia" İnformasiya
Sistemləri Texnologiyaları
Mərkəzinin direktoru,
Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz qəzetimizə açıqlamasında
deyib ki, ötən ilin noyabrından süni intellekt həlli olaraq istifadəyə verilən
"ChatGPT" dünyada
geniş rezonans yaradıb.
Ekspert bildirir ki, "Apple", "Google" kimi şirkətlər bu
cür süni intellekt həllərinin yaradılmasına başlayıblar.
Bunlar böyük datalardan, məlumat bazalarından istifadə edərək anında qərar qəbul etmək üçün həllər
verir. Mətnlərin generasiyasını həyata keçirməklə
dialoq qurmağa imkan yaradır. Hələlik "ChatGPT"nin əsaslandığı
GPT 4 dil modulu ən yüksəkdir. Bunun əsasında daha təkmil süni intellekt həlli hazırlanıb.
O.Gündüz qeyd edir ki, süni
zəka həlləri
dünyanın gedişatını
yetərincə dəyişəcək:
"Yəni cəmiyyət,
dövlət, biznes, yaradıcı insanlar - müxtəlif sahələrdə
daha tez, effektiv qərarlar qəbul edə biləcəklər. Bu inkişafı daha da sürətləndirəcək.
Böyük məlumat bazalarını
təhlil etməyə
dövlət çoxlu
qüvvə, vaxt sərf edirdisə, bu yolla məsələ
saniyələrdə həllini
tapacaq. Bu, birinci diqqətçəkən
məqamdır".
Ekspertin sözlərinə görə,
bəzən qorxulu trendlər gözə çarpır. Belə ki, süni intellekt insan kapitalını əvəz
edəcəkmi, hansı
ixtisaslar sıradan çıxacaq, nələr
dəyişəcək kimi
suallar ortaya çıxarır.
Doğrudan da, bu sahədə
xeyli dəyişikliklər
olacaq. Bir sıra ixtisaslar
sıradan çıxacaq.
Ümumiyyətlə, kim bununla hesablaşmırsa, məsələn,
jurnalist, bloqçu, redaktor öz işində süni intellekti tətbiq etmirsə, onlar sıradan çıxacaq.
İstifadə edənlərin isə
işi daha yaxşı olacaq.
"Məsələn, marketinq,
iqtisadiyyat, təhsil və s. sahələrdə
süni intellektdən
istifadə edilməsə,
vəziyyət ağır
olacaq. Ona görə də
digər bütün sahələr buna hazır olmalıdır.
Hazırda bütün sahələr
fəaliyyət istiqamətində
süni intellekti tətbiq etməyə başlayıb. Onlar bazarda
qalmaq üçün
bunu tədbiq edirlər. Düşünürəm
ki, Azərbaycan üçün də dünyanın bu cür çağırışları
var. Bizdə də hökumət, digər qərar qəbul edənlər bu sahəyə ciddi diqqət yetirməlidir",
- deyə O.Gündüz
bildirir.
Ölkələrin rəqabətədavamlılığı
üçün yeni
trend
Osman Gündüz qeyd edir ki, ölkələrin
rəqabətədavamlılığı
üçün yeni
trend ortaya çıxıb. O ölkə
rəqabətə davamlı
olacaq ki, bütün sahələrdə
süni zəka tətbiq olunur. Dünyada belə bir böyük
təhdid, çağırış
var. Rəqəmsal bərabərsizlik
sürətlə artacaq.
Elə ölkələr var ki, çox geri qalacaq, eləsi
də olacaq ki, çox irəli gedəcək.
Azərbaycanda da bütün
sahələrdə, xüsusən
dövlət sektorunda
süni intellekt həllərinin tətbiqinin
vacibliyini vurğulayan
ekspert bununla xərcləri azaltmağın,
daha çevik, effektiv irəliləyişə
nail olmağın mümkünlüyünü
qeyd edir. O hesab edir ki,
ölkəmiz bu çağırışa hazır
olmalıdır: "Hökumət
bu sahəyə investisiyalar yatırmalı,
kadrlar hazırlanmalıdır.
Hazırda süni intellekt
həllərindən effektiv
istifadə ilə bağlı problemlər
var. Dünyada müxtəlif
sahələr üzrə
süni intellektlə işləmək, ondan nə tələb etməklə bağlı
suallar satılır.
Bu onun göstəricisidir
ki, ağıllı insanlara hər zaman ehtiyac olacaq.
Gərək süni intellektə
sorğu verəsən.
Bunun üçün də insanda təbii intellekt olmalıdır.
Müvafiq qurumlar məhz
bu məsələlərə
diqqət yetirməli,
maarifləndirici işlər
aparmalıdırlar".
Süni zəka isə öz tərifini belə verir. "Süni intellekt" və ya "süni intellekt texnologiyası" kompüter
proqramına insan kimi düşünməyə,
öyrənməyə və
problemləri həll etməyə imkan verən kompüter texnologiyası növüdür.
Bu texnologiyanın məqsədi kompüterlərin
insana bənzər vəzifələrini yerinə
yetirmək üçün
kifayət qədər
ağıllı olmasıdır.
Buraya süni intellekt, maşın öyrənməsi,
təbii dil emalı, ekspert sistemləri, robototexnika və biliklərin təqdimatı kimi müxtəlif alt sahələr
daxildir. Bu texnologiyalar
tez-tez böyük verilənlər toplusundan və rekursiv alqoritmlərdən istifadə
edərək öz-özünə
öyrənmək bacarığı
qazanır. Məsələn, təsvirin tanınması
alqoritmi böyük verilənlər toplusunda minlərlə təsviri təhlil edərək və həmin şəkillərdəki ümumi
xüsusiyyətləri öyrənərək
yeni şəkillərdəki
obyektləri tanıya
bilər.
Süni intellekt
texnologiyası avtomatlaşdırma, iş proseslərinin təkmilləşdirilməsi, avtonom
nəqliyyat vasitələri
və robotlar, səhiyyə, təhlükəsizlik
və müdafiə kimi bir çox
sənaye və sektorlarda istifadə olunur.
Deyilənlərdən bu qənaətə gəlmək olur ki, ağıllı, savadlı insana hər zaman, hər yerdə ehtiyac var. Elə süni intellektə əsaslanan proqramları hazırlayanlar da insanlar deyilmi?
Təki, hər kəs potensialının fərqində
olsun və onun bu bacarığından
lazımi sahədə,
bəşəriyyətə fayda verəcək şəkildə istifadə
olunsun. Dünyanın, bəşəriyyətin gələcək
inkişafı süni
intellektdən asılı
olsa belə...
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 29 mart.- S.11.