Əbədiyyət rəmzi
Heydər Əliyev
İli 2023
Müasir Azərbaycanın qurucusu olan Ulu Öndərimizin
müəllifi olduğu
azərbaycançılıq məfkurəsi dərin zəkaya, fenomenal istedada, unikal şəxsi keyfiyyətlərə
və zəngin dövlətçilik təcrübəsinə
malik olan dahi şəxsiyyətin xalqımız üçün
yaratmış olduğu
ən mühüm dəyərlərdən biridir.
Çox böyük məharətlə
hazırlanmış azərbaycançılıq
məfkurəsi konsepsiyası
xalqımızın zəngin
tarixi keçmişinə,
müasir dövrün
reallıqlarına və
strateji inkişaf hədəflərinə əsaslanır.
Ümummilli Liderimiz dünya azərbaycanlılarının mənəvi-ideoloji
həmrəyliyinin təmin
olunmasını azərbaycançılıq
məfkurəsinin ən
mühüm komponentlərindən
və həlledici amillərindən biri hesab etmişdir. Zəngin tarixi
keçmişə və
çoxəsrlik dövlətçilik
ənənələrinə malik olan Azərbaycan
xalqı tarixin müxtəlif dönəmlərində
baş vermiş ərazi parçalanmaları
səbəbindən coğrafi
baxımdan pərakəndə
yaşamaq məcburiyyətində
olmuşdur. Məhz
bu faktı dahiyanə peşəkarlıqla
nəzərə alan Heydər Əliyevin sayəsində
dünya azərbaycanlılarının
mənəvi-ideoloji həmrəyliyi
məsələsi tarixin
heç bir dönəmində olmadığı
qədər yüksək
aktuallıq kəsb etdi.
Eyni zamanda müstəqil Azərbaycanın hərtərəfli
və davamlı inkişafının təmin
olunması və respublikamızın dünyanın
siyasi xəritəsindəki
mövqeyinin güclənməsi
dünya azərbaycanlılarının
mənəvi-ideoloji həmrəyliyinin
təmin edilməsini tarixi zərurətə çevirdi.
Bu kontekstdə Ulu Öndərin əsas hədəfi Azərbaycanda və xarici ölkələrdə
yaşayan azərbaycanlıların
müstəqil Azərbaycan
Respublikası ətrafında
sıx birliyinə və həmrəyliyinə,
onların vətənimiz
naminə səmərəli
fəaliyyətinin təmin
edilməsinə, bu istiqamətdə atılan
addımların effektiv
əlaqələndirilməsinə nail olmaq idi. Bu məqsədlə, Ümummilli
Liderin rəhbərliyi
ilə 2001-ci ilin 9-10 noyabrında Bakı şəhərində Heydər
Əliyev Sarayında Dünya Azərbaycanlılarının
I Qurultayı keçirildi.
Bu, Azərbaycanın çoxəsrlik tarixində
analoqu olmayan hadisə idi. Dünyanın harasında yaşamasından
asılı olmayaraq, qəlbində Azərbaycan
sevgisi olan hər kəs Ulu Öndərin tarixi çağırışına
səs verərək qurultaya qatıldı.
Bu hadisə bir
daha sübut etdi ki, dünyada
yaşayan bütün
azərbaycanlıların Azərbaycan
adlı Ana Vətəni
var və bu Vətən hər bir azərbaycanlı
üçün müqəddəsdir.
Ümummilli Liderimiz gözəl bilirdi ki, dünya
azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsinin
ən mühüm şərtlərindən biri
yüksək intellektə,
əxlaqi-mənəvi dəyərlərə
və vətənpərvərlik
ruhuna sahib, öz tarixi keçmişinə
və milli ənənələrinə sadiq,
doğma xalqına, dövlətinə və dövlətçiliyinə bağlı
yeni nəslin yetişdirilməsidir. Dahi şəxsiyyət bu vəzifənin reallaşdırılması baxımından
təhsili alternativi olmayan vasitə hesab edirdi.
Nəzərə almaq lazımdır ki, Ulu Öndər
hələ XX əsrin
70-ci illərində Azərbaycan
xalqının intellektual
intibahı kimi mühüm tarixi missiyanı öz üzərinə götürmüşdü. Uzaqgörən düha çox yaxşı bilirdi ki, milli dəyərlərin
və insan kapitalının öz sərhədlərini aşaraq
ümumbəşəri sərvətə
çevrilməsi üçün
təhsil daim diqqət mərkəzində
saxlanılmalıdır.
Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
ölkədə formalaşdırdığı
təhsil sistemi milli insan kapitalının
yüksək inkişaf
templərini təmin etdi. Təhsilin inkişafına yüksək
diqqət və qayğı göstərən
Ulu Öndər xalqın milli və dünyəvi dəyərlərə əsaslanan
yeni intellektual obrazını formalaşdırmağı,
doğma xalqının
taleyini və həyat tərzini pozitiv məcraya yönəltməyi bacardı.
"Təhsil
millətin gələcəyidir"
kimi dahiyanə ifadənin müəllifi olan Ümummilli Liderimizin məhz bu prinsipə əsaslanan uğurlu təhsil siyasəti nəticəsində Azərbaycan
xalqının intellektual
genofondu əhəmiyyətli
dərəcədə inkişaf
etdi. Təhsilin uzunmüddətli perspektivdə qazandıracağı
strateji faydaları düzgün qiymətləndirən
dahi şəxsiyyət
təhsilin inkişafına
böyük önəm
verməklə faktiki olaraq əsrlər boyu fiziki və
intellektual terrora məruz qalmış xalqın əsl simasını, tarixi yaddaşını və milli dəyərlərini özünə qaytardı.
Ulu Öndər hər zaman tariximizi bilməyin əhəmiyyətini,
tarixi özkeçmişimizə
bağlılığın zəruriliyini, milli dəyərlərimizə hörmətlə
yanaşmağın vacibliyini,
doğma dilimizdə danışmağın önəmini,
mədəni sərvətlərimizi
qorumağın prioritetliyini
vurğulamışdır. Xüsusi vurğulamaq
lazımdır ki, Heydər Əliyev qeyd olunan bütün
keyfiyyətləri özündə
cəmləşdirən unikal
şəxsiyyət idi.
Belə ki, Ümummilli Liderimiz Azərbaycan tarixini mükəmməl bilirdi. Ulu Öndər milli
dəyərlərimizə yüksək
hörmətlə yanaşırdı,
Azərbaycan dilində
səlis danışırdı
və ən əsası, bütün həyatını güclənməsinə
və inkişafına
həsr etdiyi Azərbaycanı öz canından çox sevirdi.
Qürurverici haldır
ki, Ulu Öndərimizin
layiqli davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
yeni dövrün reallıqları nəzərə
alınmaqla həyata keçirilən və Azərbaycan xalqının
milli maraqlarının
təmin olunmasını
hədəfləyən uğurlu
dövlət siyasətinin
məzmununda dünya azərbaycanlılarının mənəvi-ideoloji
həmrəyliyinin gücləndirilməsi
prioritet əhəmiyyət
kəsb edir.
Bu gün
milli dəyərlərə
və ümumbəşəri
ideallara sadiq olan Azərbaycan xalqının hər bir nümayəndəsi ərazi bütövlüyü
təmin olunmuş və müstəqil dövlət olaraq davamlı qüdrətlənən
Azərbaycan ilə qürur duyur. Ən əsası isə, bu gün hər
birimiz döyüş
meydanında düşməni
məğlub edən Müzəffər Ali Baş
Komandanımız, 30 ilə
yaxın erməni işğalına son qoyan
qalib sərkərdəmiz,
ölkəmizi regionun
güc mərkəzinə
çevirmiş güclü
liderimiz, Azərbaycanı
sivilizasiyalararası və
mədəniyyətlərarası dialoqun aparıcı aktorlarından biri kimi tanıtmış möhtərəm Prezidentimizlə
qürur duyuruq.
Tam əminliklə
söyləmək olar
ki, Ümummilli Liderimizin tarixi nitqlərinin birində Azərbaycan gəncləri
haqqında söylədiyi
aşağıdakı fikirlər
artıq reallığa
çevrilib: "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır,
milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizə
yaxşı bələd
olmalı, dilimizi yaxşı bilməlidir.
Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik
böyük məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Hər kəsin qəbul etdiyi həqiqətdir ki, Ulu Öndərin
səsləndirdiyi və
sonradan bütün dünya azərbaycanlılarının
devizinə çevrilmiş
"Mən həmişə
fəxr etmişəm
və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"
ifadəsi bu gün hər birimizdə həm sonsuz fəxarət, həm də ciddi məsuliyyət hissləri yaradır.
Bu hisslər
tam təbiidir. Dünyanın başqa ölkələrində
yaşayan azərbaycanlılar
bu gün doğma Vətənə gələrkən həm də Şuşaya gedə bilirlərsə, onlar üçün azərbaycanlı olmağın
yaratdığı qüruru
və fəxarəti başa düşmək çətin deyil. Digər bir konkret misal: əgər Mingəçevir
Dövlət Universitetinin
2021-ci il məzunu olan gənc hazırda işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə
başlayan ilk təhsil
müəssisəsi hesab
edilən Zəngilan rayonunun Ağalı kəndində müəllim
kimi çalışırsa,
tələbə və
müəllim heyəti
üçün azərbaycanlı
olmağın yaratdığı
qüruru sözlə
ifadə etmək mümkün deyil. Eyni zamanda doğma Qarabağımızın quruculuğunda
iştirak edəcək
məzunların daha yaxşı mütəxəssis
və layiqli vətəndaş kimi yetişdirilməsi baxımından
bu fakt azərbaycanlı
olmağın yaratdığı
məsuliyyət hissini
əhəmiyyətli dərəcədə
artırır.
Əminliklə söyləmək
olar ki, Müzəffər Ali Baş
Komandanın və rəşadətli Azərbaycan
əsgərinin sayəsində
44 günlük Vətən
müharibəsində qazandığımız
tarixi zəfər dünya azərbaycanlılarının
mənəvi-ideoloji həmrəyliyinin
gücləndirilməsi baxımından
mühüm
nailiyyətdir. Bu zəfəri qazanan şəhid qardaşlarımızı
böyük ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik. Tarixi zəfərin əldə olunmasında pay sahibi olan qazi qardaşlarımıza
şəfa arzulayır,
Vətən müharibəsinin
bütün iştirakçılarına
təşəkkür edirik.
Xüsusi vurğulamaq lazımdır
ki, bu gün
azərbaycanlı olmaq,
sonsuz fəxarət hissi keçirmək deməkdir. Azərbaycanlı olmaq, ərazi
bütövlüyü təmin
edilmiş ölkənin
vətəndaşı olmaq
deməkdir. Azərbaycanlı olmaq, Azərbaycan adlı Vətənin bir parçası olmaq deməkdir. Azərbaycanlı olmaq, Ümummilli
Liderin ideyalarına sadiq olmaq deməkdir.
Azərbaycanlı olmaq, möhtərəm
Prezidentin ətrafında
sıx birləşmək
deməkdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət
Universitetinin rektoru
Azərbaycan.- 2023.- 30 mart.- S.4.