İrəvanın şərtləri qəbul etməkdən başqa yolu yoxdur

 

Sülh prosesinə qarşı dirəniş və təxribatçılıq Hayastanın özünə baha başa gəlir

 

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Hayastan tərəfinə təqdim edib. Bunu Prezident İlham Əliyev martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın yaranmış yeni reallıqlar müstəvisində prioritet məqsədi  regionda sabitliyin təmin olunması və bu məqsədlə Hayastanla sülh müqaviləsinin imzalanmasıdır.

Ermənistan ilk növbədə ona gərəkli olan sülhdən dəm vursa da, 10 noyabr Bəyanatının imzalanmasından ötən dövr ərzində baş verənlər göstərir ki,  İrəvan hər minvalla, müxtəlif bəhanələrlə prosesə qarşı çıxır, buna maneçiliklər törədir.

 

Bakı Brüssel sülh gündəliyini dəstəkləyir

 

Azərbaycanla Hayastan arasında sülhün əldə olunması üçün Avropa İttifaqının təşəbbüsü ilə Brüssel prosesinin ortada olduğu məlumdur. Bakı bu prosesi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin missiyasını, bütövlükdə Brüssel sülh gündəliyini dəstəkləyir. Hayastan da üzdə sülh danışıqlarına tərəfdar olduğunu göstərsə də, prosesin ləngiməsi və ya dalana dirənməsi üçün müxtəlif spekulyasiyalara yol verir. 2021 və 2022-ci illər ərzində Azərbaycan-Hayastan şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində törədilən təxribatlar həmin spekulyasiyaların bir istiqaməti idi.

Ötən ilin dekabrında isə Hayastan danışıqlar prosesini pozan növbəti addımını atdı. Brüssel prosesi üzrə tərəflər arasında razılaşdırılmış formatabu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan danışıqların növbəti raundunu boykot etdiprosesi pozdu. Həmin vaxtdan Ermənistan Brüssel prosesi üzrə danışıqlara hələ də qayıtmayıb. 

Digər tərəfdən, Hayastan sülh sazişi ilə bağlı manipulyasiyalar etməklə məşğuldur. Məsələn, İrəvan rəsmiləri saziş layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu baxımdan Hayastanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin "Al-Qahera" xəbər agentliyinə müsahibəsi zamanı mahiyyəti təhrif edən iddialar səsləndirməsi sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır. Ararat Mirzoyanın iddiaları Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlıdır. Bu məsələdə isə Azərbaycanın mövqeyi aydın və konkretdir. Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Hayastan arasında imzalanacaq sazişə daxil edilməyəcək. Respublikamızın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı məsələ Azərbaycanın özünün daxili işidir. Bu mövzunu Bakı heç bir tərəflə, o cümlədən Hayastanla müzakirə etmir.

Qeyd edək ki, ABŞ dövlət katibi ilə telefon danışığı zamanı dövlətimizin başçısı Münhendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunubu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb. Qeyd edək ki, Qarabağdakı ermənilərin reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə martın 1-də Xocalı şəhərində görüş keçirilib. Həmin görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası  aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

 

Ermənilərin spekulyativ addımları və təxribatçılığı dərhal adekvat cavabını alır

 

Hayastanın sülh prosesinə kölgə salan hərəkətlərinə gəldikdə, onu da qeyd etmək yerinə düşər ki, bu ölkənin prezidenti də təxribatçı hərəkətlərdən çəkinmir. Belə  ki, bu ölkənin prezidenti İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı növbəti əsassız iddialarla çıxış edib. Sülh prosesinin inkişaf etdirilməsi istiqamətində beynəlxalq təşəbbüsləri heçə sayan bu kimi iddialar, əlbəttə ki, bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir. Bunlarla yanaşı, Hayastan Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür.

Hayastan sülh prosesini pozmaq üçün həmçinin Laçın yolu ilə bağlı manipulyasiyalar edərək beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizə silah-sursat daşıyır, təxribatlar törədir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə martın 25-də telefon danışığı zamanı bu barədə məlumat verən Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Ermənilərin alternativ yollarla Qarabağa silahsursat daşıdıqları Azərbaycana əvvəldən də məlum idi. Eyni zamanda Azərbaycan bunun qarşısının alınması üçün bir neçə dəfə xəbərdarlıq etmişdi. Bir neçə gün əvvəl isə erməni separatçılarının mühəndis və xüsusi texnika cəlb edilməklə Qarabağa  silahsursat daşımaq üçün alternativ yolun tikintisini apardıqları aşkar olundu. Bu baxımdan ordumuzun bölmələri tərəfindən Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən ərazilərimizə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirlərini həyata keçirməsi göstərdi ki, Azərbaycan ermənilərin separatçı əməllərinə heç vaxt seyrçi qala bilməz.

Son proseslər göstərir ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranan reallıqlar fonunda öz milli maraqlarını layiqincə təmin edir. Eyni zamanda Azərbaycan Hayastanın bu prosesə kölgə salmaq imkanlarını məhdudlaşdırır, İrəvanın spekulyativ addımlarını, təxribatçı əməllərini dərhal neytrallaşdırır. Ümumiyyətlə isə Hayastanın sülh prosesinə qarşı dirənişi və təxribatçılığı hər bir halda onun özünə baha başa gəlir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2023.- 30 mart.- S.1; 7.