Su ehtiyatları, su təsərrüfatı
və meliorasiya sahələrində idarəetmənin
təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, su ehtiyatları, su təsərrüfatı
və meliorasiya sahələrində idarəetməni
təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə
etmək, torpaqların
meliorasiyası və irriqasiyası işlərinin
təşkilini yaxşılaşdırmaq
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyinin əsasında Azərbaycan
Dövlət Su Ehtiyatları
Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.
2.
"Azərsu" Açıq
Səhmdar Cəmiyyəti
və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti
əmlakları ilə
birlikdə Agentliyin tabeliyinə verilsin.
3. Müəyyən
edilsin ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi,
emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin
təşkilini təmin
edən, dövlət
mülkiyyətində olan
meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış
və tullantı sularının emalı və axıdılması
sistemlərinin istismarını,
eləcə də bu sahədə xidmətlər göstərilməsini
təşkil edən,
balansında olan su təsərrüfatı
obyektlərinin texniki vəziyyətinə müntəzəm
nəzarəti həyata
keçirən, Azərbaycan
Respublikasında yerüstü,
yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı
obyektlərinin, hidrotexniki
qurğuların, su təchizatı sistemlərinin
monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata
keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. beş ay müddətində:
4.1.1. Agentliyin əsasnaməsinin və strukturunun layihələrini,
habelə işçilərinin
say həddi barədə
təkliflərini beynəlxalq
məsləhətçi şirkəti
cəlb etməklə
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
4.1.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə
bağlı təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. bir
ay müddətində:
4.2.1. Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyinin balansında
olan dövlət əmlakının Agentliyin
balansına verilməsini
təmin etsin;
4.2.2. bu
Fərmanın 4.1.1-ci yarımbəndində
nəzərdə tutulan
işlərin maliyyələşdirilməsinin
təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli
üçün tədbirlər
görüb Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
4.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində
nəzərdə tutulan
qurumlar öz fəaliyyətlərini davam
etdirsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 mart 2023-cü il
Azərbaycan.- 2023.-31 mart.- S.3.