Azərbaycan Respublikası Prezidentinin Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması haqqında 2014-cü il 15 may tarixli
167 nömrəli, Reklam haqqında Azərbaycan
Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli
Qanununun tətbiqi və Reklam
haqqında Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli
Fərmanının ləğvi haqqında 2015-ci il 14 iyul tarixli
554 nömrəli, Azərbaycan Respublikasının Dövlət
Reklam Agentliyinin fəaliyyətinin
təşkili haqqında 2017-ci il 31 iyul tarixli 1566 nömrəli,
Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir
sıra məsələlərin tənzimlənməsi
haqqında 2017-ci il 19 dekabr
tarixli 1743 nömrəli, Psixoloji
yardım haqqında Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli
1385-VQ nömrəli Qanununun tətbiqi barədə
2019-cu il 21 yanvar tarixli 482 nömrəli, Xüsusi rabitə ilə bağlı bəzi
məsələlər haqqında 2019-cu il
11 aprel tarixli 622
nömrəli və Hüquqların dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən
elektron çıxarışın məzmununun
təsdiq edilməsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın
dövlət reyestrindən Çıxarışın və
Torpaq sahəsinin planı və ölçüsünün təsvirlərinin
təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında 2020-ci il 18 avqust tarixli 1142 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 480) ilə təsdiq edilmiş "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi"nin 2.2.6-cı yarımbəndinə "Qanununa" sözündən sonra ", Şuşa şəhərinin ərazisində həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.
2. "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 822; 2016, ¹ 8, maddə 1384, ¹ 11, maddə 1821, ¹ 12, maddə 2062; 2017, ¹ 3, maddə 354,
¹ 7, maddə 1378, ¹ 12 (I kitab), maddə 2295; 2018, ¹ 11, maddə 2289; 2019, ¹ 3, maddə 439, ¹ 4, maddə 611; 2020, ¹ 7, maddə 891; 2021, ¹ 12, maddə 1428) 2.4-cü bəndinə "Agentliyi," sözündən sonra "Şuşa şəhərinin ərazisinə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 n?mr?li Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1376, ¹ 12 (I kitab), maddə 2309; 2018, ¹ 11, maddə 2289; 2019, ¹ 10, maddə 1588; 2021, ¹ 12, maddə 1404) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi"nin 1.1-ci bəndinə "İçərişəhər" sözündən əvvəl "Şuşa şəhərinin," sözləri əlavə edilsin.
4. "Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (I kitab), maddə 2311; 2018, ¹ 11, maddə 2289; 2019,
¹ 10, maddə 1588; 2021, ¹ 12, maddə 1404) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası" üzrə:
4.1.1. 1.2-ci bəndə "Agentliyi," sözündən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;
4.1.2. 1.6-cı bəndə "qanunvericilik aktlarının" sözlərindən sonra ", Şuşa şəhərinin ərazisində həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri əlavə edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği" üzrə:
4.2.1. 1.3-cü bəndə "(bundan sonra - Agentlik)," sözlərindən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;
4.2.2. 4.4-cü bəndə "Agentliyin," sözündən sonra "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin," sözləri əlavə edilsin;
4.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası" üzrə:
4.3.1. 1.3-cü bəndə "Agentliyi," sözündən sonra "Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin;
4.3.2. 2.1-ci bənddə "həmçinin digər qanunvericilik aktlarına" sözləri "digər qanunvericilik aktlarına, Şuşa şəhərinin ərazisində həmçinin "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilsin.
5. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 1, maddə 72; 2020, ¹ 3, maddə 242; 2021, ¹ 6 (I kitab), maddə 573; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2052 nömrəli Fərmanı) 3.12-ci bəndinə "Agentliyi," sözündən sonra "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi," sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 n?mr?li Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 622; 2020, ¹ 1, maddə 12, ¹ 4, maddə 424, ¹ 6, maddə 708; 2021, ¹ 2, maddə 119, ¹ 5, maddə 452, ¹ 6 (I kitab), maddə 574; 2022, ¹ 2, maddə 116, ¹ 4, maddə 305, ¹ 8, maddə 848, ¹ 12, maddə 1436) ilə təsdiq edilmiş Əlavə 1 - "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı"nın 29.31-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 29.32-ci bənd əlavə edilsin:
"29.32. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru.".
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020,
¹ 8, maddə 1045) ilə təsdiq edilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış"ın məzmunu"na aşağıdakı məzmunda 2.1.8-1-ci yarımbənd əlavə edilsin:
"2.1.8-1. daşınmaz əmlakın dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olub-olmaması barədə qeyd;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 mart 2023-cü il
Azərbaycan.-
2023.- 31 mart.- S.4.