Böyük zəfər soyqırımına
məruz qalan soydaşlarımızın
qisasını aldı
31 Mart Azərbaycanlıların Soyqırımı
Gündür
"...44 gün ərzində biz təkcə
öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni
torpağımızdan qovmadıq,
təkcə milli ləyaqətimizi bərpa
etmədik, biz erməni
faşizminin başını
əzdik".
Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı söylədiyi kimi, Vətən müharibəsində qazandığımız parlaq zəfər sayəsində işğal altında olan tarixi torpaqlarımız azad edildi, dədə-baba ərazilərindən didərgin salınan yüz minlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu və tarixin müxtəlif kəsimlərində erməni faşistləri tərəfindən soyqırımına məruz qalan soydaşlarımızın qisasları layiqincə alındı, qanları yerdə qalmadı.
"Dəmir yumruq" hayları xam xəyallardan ayırdı
Dənizdən-dənizə böyük imperiya qurmaq kimi quduz iştahaya düşən şovinist erməni millətçiləri XX əsrin əvvəllərindən etibarən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, soyqırımları həyata keçiriblər. Erməni faşistləri 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızı ard-arda soyqırımına məruz qoyublar.
Xislətlərindəki hiyləgərlik, namərdlik, zalımlıq kimi insanlığa sığmayan əməllərə xas davranan faşist ideologiyalı haylar həmişə körpələrimizi, qocalarımızı, qadınlarımızı işgəncələrlə öldürməkləri ilə öyünüblər. Hətta xarici KİV-ə verdikləri müsahibələrində, qələmə aldıqları yazılarında bu iyrənc əməllərini dünyaya bəyan etməkdən də ar etməyiblər.
Həyasızcasına düşünüblər ki, törətdikləri bu vəhşi əməllərlə Azərbaycan xalqının gözünü qorxudacaq, bizi torpaqlarımızın işğalı ilə barışmağa məcbur edəcəklər.
Lakin bu vəhşi qaniçən tayfa 44 günlük Vətən müharibəsi zamanı başlarına dəyən "dəmir yumruq" zərbəsi ilə xam xəyallardan ayılaraq "Qarabağ Azərbaycandır!" reallığının yaşandığı həqiqi dünyaya qayıtmağa məcbur oldular.
44 günlük müharibədə
mülki əhalimizi hədəfə
aldılar
Hər zaman döyüş meydanında igid oğullarımızın qarşısından qorxaqcasına qaçan, daim kimlərinsə kölgəsində daldalanan erməni cəlladları güclərini yalnız mülki insanlarımızın üzərində sınayıblar. 44 günlük Vətən müharibəsində də qorxaq ermənilər eyni alçaqlığı sərgiləyərək cəbhə bölgəsindən kilometrlərlə uzaqda olan şəhər və kəndlərimizi atəşə tutaraq mülki insanlarımızı hədəfə almışdılar.
Hayastan müharibə boyu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalimizə qarşı terror törətdi. Hayastan özünün yalvarışları sayəsində razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimlərini də hər dəfəsində özü namərdcəsinə pozaraq gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutdu, müharibə cinayəti törətdi. Həmin vaxt erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutdu, mülki əhalini hədəf aldı. Qadağan olunmuş silahlardan istifadə edən Hayastan Gəncədə soyqırımı törətdi, dəfələrlə Bərdədə, Tərtərdə mülki əhalini qırdı.
Erməni vəhşiliyi yuxarıda sadalananlarla bitmir. 44 günlük Vətən müharibəsindən sonra azad olunan ərazilərimizdə üzə çıxan hay vandallığı dünyanı dəhşətə gətirdi. Vətən savaşından sonra Qarabağa və Şərqi Zəngəzura səfər edən beynəlxalq ictimaiyyət nümayəndələri qaniçən, goreşən, hannibal erməni tayfasının nəinki insanlara, hətta daşa, torpağa, suya, ota, ağaca, dini, mədəni dəyərlərə qənim kəsilən iyrənc simalarından şoka düşdülər.
Qisasımızı döyüş
meydanında aldıq
Vacib bir məqamı vurğulayaq ki, uşaq qatili olan ermənilərdən fərqlənən Azərbaycan ləyaqətlə davranaraq, düşmənin yalnız hərbi obyektlərini nişan aldı və heç bir müharibə cinayəti törətmədi, mülki əhalini hədəf seçməyərək, düşməndən qisasını döyüş meydanında aldı.
Rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa zəfəri ilə qaniçən düşmənin belini qırıb onu kapitulyasiya aktına imza atmağa, Azərbaycanın qarşısında yalvarmağa məcbur etdi.
Hayastanın 30 illik işğal dövründə müdafiə istehkamları ilə möhkəmlətdiyi, başdan-başa mina tarlasına çevirdiyi ərazilərimizin cəmi 44 gün ərzində azad edilməsi, düşmən ordusunun darmadağın edilməsi, onun qarşımızda diz çökməsi Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığıdır.
Düşmənə illərin qəzəbi və qisas hissi ilə silahlanmış mərd oğullarımızın qarşısını nə top-tüfəng, nə də dağ-dərə ala bilməzdi. Buna görə idi ki, fərari ermənilərdən fərqli olaraq o 44 gün ərzində qəhrəman oğullarımız yalnız irəli getdilər, azad etdikləri torpaqlarımızdan bir addım belə geri çəkilmədilər. İgidlərimiz hər gün ön cəbhədən Müzəffər Ali Baş Komandan İlham Əliyevə qələbə raportları verdilər.
Müharibənin ilk günündən qətiyyətlə Şuşa zirvəsinə doğru şığıyan ərənlərimiz müqəddəs yurdumuzu murdar düşməndən təmizləmək üçün böyük şücaət göstərdilər. Dünya hərb tarixində görünməmiş qəhrəmanlıqla sıldırımlardan aşaraq yalın əllə düşmənin nəfəsini kəsdilər, üçrəngli ay-ulduzlu bayrağımızı Vətən qibləmiz Şuşada dalğalandırdılar.
"Revanş hissi
ilə yaşayacaqlarsa, onların
axırı pis olacaq"
Bu şanlı zəfər sayəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, yüz minlərlə keçmiş məcburi köçkünümüz yurd nisgilindən qurtuldu. Bu parlaq qələbə nəticəsində 30 il ərzində erməni vandallarının viran qoyduğu Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarıldı. Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı geniş bərpa-quruculuq işləri sayəsində artıq o yerlərə Zəngilanın Ağalı və Tərtərin Talış kəndinin timsalında Böyük qayıdışın uğurlu başlanğıcı qoyulub. Qarşıdakı zamanda da tarixi yurdlarımıza qayıdışla bağlı xeyli sevinc yaşayacağıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər tarixin müxtəlif kəsimlərində soyqırımına, qətliama düçar olan bütün soydaşlarımızın, Vətənin müdafiəsinə qalxaraq gözünü belə qırpmadan bu torpaqların uğrunda canını fəda edən şəhidlərimizin qisasını aldıq.
Amma dünya durduqca erməni faşizmini unutmayacağıq, bu qatil tayfanın millətimizə qarşı törətdiyi soyqırımları, faciələr qan yaddaşımızdır.
Biz heç zaman erməni faşizminin baş qaldırmasına imkan verməyəcəyik və əgər yenidən özümüzə qarşı belə bir ağılsız cəhd hiss etsək, 44 günlük müharibədə olduğu kimi, "dəmir yumruq" işə düşəcək.
Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər edərək oradan düşmənə bu xəbərdarlığı edib: "Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar".
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2023.- 31 mart.- S.8.