Tarix erməni faşizmini
mühakimə edir
31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür
XIX əsrdə
qədim Azərbaycan torpaqlarına köçürülən
hayların XX əsrin əvvəllərindən azərbaycanlılara
qarşı vəhşilikləri, soyqırımları
başlayıb. Hər kəsin oyuncağı olan haylardan
o dövrdə də xislətlərinə uyğun olaraq
istifadə olunub. Belə dəhşətli hadisələrdən
biri də 1918-ci il martın 30-u və aprelin 4-ü arasında
Bakı Soveti və erməni silahlı dəstələrinin
Bakıda və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı,
Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ,
Naxçıvan və digər ərazilərdə azərbaycanlılara
qarşı törətdikləri qırğınlardır.
Soyqırımı
zamanı Bakıda və bölgələrdə on minlərlə
günahsız insan qətlə yetirilib, bir çox tarixi,
memarlıq və şəxsi binalar dağıdılıb,
yandırılıb.
Elə
yaxın tarixdə də ermənilərin millətimizin
başına gətirdiyi faciələri görərək
onların xislətlərinə xas hansı vəhşilikləri
törətdiklərini düşünməmək
mümkün deyil.
Bu qanlı tarixdən 105 il keçir. Amma Azərbaycan
artıq müstəqil, güclü, qüdrətli dövlət,
ərazi bütövlüyünü, haqqı, ədaləti
öz hərbi gücü hesabına təmin edərək
regionda söz sahibinə çevrilmiş ölkədir.
Qəddarlıqla həyata keçirilən
soyqırımı - yanar təndirlərə, neft
quyularına diri-diri atılan insanlar
Tarixə nəzər salan Milli
Məclisin deputatı, tarixçi alim Musa Qasımlı
bildirib ki, 1918-ci ilin martında törədilən
soyqırımının tarixi köklərinin həm daxili
şəraitdən, həm də böyük dövlətlərin
regionda yürütdükləri siyasətdən törəyən
səbəbləri var idi. Soyqırımının
kökləri hər şeydən əvvəl, çar
Rusiyasının isti dənizlərə yiyələnmək
strategiyasını həyata keçirməkdən
ötrü özünə "etibarlı" ünsür
axtarması ilə bağlı idi.
Musa Qasımlı deyib ki,
isti dənizlərə çıxmaq üçün
Osmanlı dövləti və İrana qarşı mübarizədə
yanında qul psixologiyasına sahib, Şərqi yaxşı
bilən, şəraitə tez uyğunlaşmağı bacaran
və özünə digər amillər baxımından
yaxın hesab etdiyi erməniləri görməsi, onları azərbaycanlı
torpaqlarına köçürüb yerləşdirməsi ilə
bütün Cənubi Qafqaz regionunda milli münaqişələrin,
sonralar isə baş verən qanlı hadisələrin təməli
qoyulub: "Çarizm Cənubi Qafqaza erməniləri yerləşdirməklə
həm demoqrafik vəziyyəti dəyişdirdi, həm də
onları Şərq siyasətində bir alətə
çevirdi. Həmin siyasəti çarizm
devrildikdən sonra qurulan Müvəqqəti hökumət,
ondan sonra isə bolşevik Rusiyası davam etdirirdi".
Deputat qeyd edib
ki, soyqırımının törədilməsinin səbəblərindən
biri neft amili idi. İqtisadi baxımdan Bakı bolşevik
Rusiyası üçün böyük əhəmiyyət
daşıdığı üçün şəhəri əldən
vermək istəmirdi.
Soyqırımının
digər səbəblərindən birinin isə Azərbaycanın
yerləşdiyi əlverişli coğrafi-siyasi mövqeyə
yiyələnmək uğrunda dövrün böyük
dövlətləri arasında gedən amansız mübarizə
ilə bağlı olduğunu deyən M.Qasımlı
Bakıda bütün Cənubi Qafqazda hakimiyyətin hansı
qüvvənin əlində olmasının taleyinin həll
edildiyini vurğulayıb. "Qırğınların törədilməsinin
digər bir səbəbi Osmanlının əhalisi əsasən
türk və müsəlmanlardan ibarət olan Cənubi
Qafqaza, xüsusən Bakıya
buraxılmaması üçün Bakı və
Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək
və Azərbaycanın müstəqilliyinin
qarşısının alınması idi. Bakı Sovetinin
istifadə etdiyi erməni-daşnak qüvvələri isə
tarixdə olmayan "böyük Ermənistan" qurmaq yolunda
onlara mane ola biləcək azərbaycanlıları
məhv etməyə çalışırdılar. Bu şəraitdə qırğınlar
üçün kiçik bir bəhanə lazım idi.
O da tapıldı", - deyə deputat əlavə edib.
Belə bir bəhanə
general M.Talışinski başda olmaqla müsəlman
diviziyasının "Evelina" gəmisi ilə Lənkəranda
həlak olan silah yoldaşları böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi
Bakıya gətirən bir qrup zabit və əsgərin
Bakı Soveti tərəfindən tərksilah edilməsi oldu. Diviziyanın əsgər
və zabitləri silahların geri qaytarılmasını tələb
etsə də, nəticəsi olmadı. S.Şaumyanla
aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb
silahların qaytarılmasını tələb etdi. Əhali arasında sosial dayağı olmayan
bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri
və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz
donanmasının matroslarını azərbaycanlılara
qarşı soyqırımına təhrik etdi.
Martın 30-da axşam saat
5-də Bakıda ilk atəş
açıldığını xatırladan tarixçi deyib
ki, Bakı Sovetinin qüvvələri ilə yanaşı,
mart qırğını başlananadək özlərinin bitərəfliyini
elan etmiş "Daşnaksütyun" və Erməni Milli
Şurası, o cümlədən erməni kilsəsi bir
neçə saatdan sonra döyüşə qatılıblar.
Musa
Qasımlı vurğulayıb ki, qırğın qəddarlıqla
həyata keçirilib, şəhər yerdən və havadan
bombardman edilib.
Mülki azərbaycanlı əhali diri-diri su
quyularına, yanar təndirlərə, neft quyularına
atılıb, hamilə qadınların qarınları
süngü ilə deşilib, körpə uşaqlar divarlara
mıxlanıb, qadınlar hörüklərlə bir-birinə
bağlanaraq küçələrdə çılpaq gəzdirilib.
Soyqırımının gedişində azərbaycanlılara
məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət
ocaqları dağıdılıb.
Qüvvələrin
qeyri-bərabər olduğunu deyən deputat bildirib ki,
martın 31-də azərbaycanlılar döyüşü
saxlasa da, onların öldürülməsi aprelin 2-nə qədər
davam edib.
Musa
Qasımlı bildirib ki, yalnız Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə
xüsusi diqqət yetirilib. 31 mart tarixi iki dəfə - 1919-cu və 1920-ci illərdə
AXC tərəfindən ümummilli matəm günü kimi
qeyd edilib.
Deputatın sözlərinə
görə, bu,
azərbaycanlılara qarşı yürüdülən
soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin AXC-nin süqutu bu işin başa
çatmasına imkan verməyib.
Ümummilli Lider Heydər Əliyevin
26 mart 1998-ci il tarixli sərəncamı ilə
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü elan edilib. Bundan sonra həmin tarixin
daha dərindən araşdırılması istiqamətində
geniş işlər görülüb.
Tarixçi
alim vurğulayıb ki, mart ayında törədilən
soyqırımından alınacaq bir sıra ibrət dərsləri
var. Bu hadisə insanlığa qarşı cinayətdir və
bir daha təkrarlanmamalıdır. Azərbaycan xalqı daim mütəşəkkil,
ordusunun və dövlətinin yanında olmalıdır.
Hayların Azərbaycana köçürülməsi -
vəhşiliklərin, qətliamların
başlanğıcı
"Heç
vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan
ermənilər həmişə digər xalqlara qarşı məkrli,
düşmən mövqeyi nümayiş etdiriblər. Tayfa təfəkkürünü
adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına
köçürüldükdən sonra azərbaycanlılara
qarşı havadarlarının köməyi ilə vəhşiliklər,
cinayətlər törətməyə başladılar" deyən Milli Məclisin deputatı
Kamilə Əliyeva qeyd edib ki, onlar hər zaman dünyada
baş verən əlverişli tarixi proseslərdən istifadə
edərək uydurduqları "böyük Ermənistan"
ideyalarını həyata keçirmək üçün azərbaycanlılara
qarşı soyqırımı, etnik təmizləmə siyasəti
həyata keçiriblər.
Deputat bildirib
ki, XIX əsrdə çar Rusiyası tərəfindən
İrandan Azərbaycan ərazilərinə
köçürülən haylar 1905-ci ildə
soydaşlarımıza qarşı böyük qətliamlar
törədiblər. 1918-ci ilin mart qırğınları
zamanı Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on
minlərlə soydaşımız ermənilər tərəfindən
soyqırımına məruz qalıb. Azərbaycanlılar
qətlə yetirilib, on minlərlə insan öz yurd yerlərindən
qovulublar.
1918-ci ilin mart
soyqırımının tək Azərbaycan deyil, bəşər
tarixində ən qanlı cinayətlərdən biri
olduğunu vurğulayan K.Əliyeva əlavə edib ki, ermənilər
azərbaycanlılarla yanaşı, bu ərazilərdə
yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən
olan insanları da qətlə yetiriblər. Bununla
yanaşı dini, mədəni-tarixi abidələrimizi
dağıdaraq yerləyeksan ediblər. "1918-ci
ilin mart ayının 31-dən başlayaraq Bakı Sovetinin və
"Daşnaksütyun" partiyasının on minədək
silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar
yaşayan məhəllələrinə hücum edərək
qocaları, qadınları, uşaqları qətlə yetirdilər.
1990-cı illərdə aparılmış təhqiqatlar
zamanı məlum olub ki, burada insanlar odlu silahlarla
öldürülməyib, onların başları kəsilib,
küt alətlərlə başlarına mismar vurmaqla qətlə
yetiriliblər", - deyə professor əlavə edib.
O vurğulayıb ki, baş
vermiş bu soyqırımına məhz Ulu Öndər Heydər
Əliyev tərəfindən siyasi qiymət verilib və
1998-ci il martın 26-da imzalanan fərmanla
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü elan edilib.
Mart soyqırımına ilk hüquqi qiymət
Soyqırımına
hüquqi qiymət verilməsindən danışan Milli Məclisin
deputatı, hüquqşünas Bəhruz Məhərrəmov
bildirib ki, mifik "böyük Ermənistan"
ideyasını gerçəkləşdirmək məqsədilə
soydaşlarımıza qarşı törədilmiş 1918-ci
ilin mart soyqırımı öz amansızlığına və
miqyasına görə təkcə Azərbaycan tarixində
deyil, bəşər tarixində də ən qanlı faciələrdən
biridir.
Deputat qeyd edib
ki, nə o zaman, nə də sonrakı dövrlərdə bu bəşəri
cinayətə beynəlxalq ictimaiyyət lazımi diqqət
yetirməyib, beynəlxalq insan haqları təsisatları
ötən bir əsrlik dövrdə dünya tarixində
soyqırımı və etnik təmizləmə cinayətlərinin
ən dəhşətli nümunələrindən biri olan
1918-ci ilin martından başlanan 2020-ci ilin noyabrına qədər
fasilələrlə davam edən hadisələrə nəinki
obyektiv, ümumiyyətlə, münasibət belə bildirməyiblər. "O zaman Azərbaycan Xalq Cümhuriyyəti
soyqırımı hadisələrini araşdırmaq
üçün Fövqəladə komissiya yaradıb, 31 martı 1919-cu və 1920-ci illərdə milli
matəm günü kimi qeyd etmişdi. Lakin sovet
hakimiyyətinin qurulması ilə bu məsələ ətrafında
nəinki araşdırmalar, ümumiyyətlə, müzakirə
belə rəsmən dövriyyədən
çıxarılmışdı. Müstəqillik
qazandıqdan sonra tarixi həqiqətlərə obyektiv
yanaşma imkanı yaransa da, 1991-1993-cü illərdə biz bu
imkandan yararlana bilmədik", - deyə hüquqşünas əlavə
edib.
Müstəqillik
aktı qəbul edilərkən Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olduğumuz bəyan edilsə də, cümhuriyyətin
yarımçıq qalan, prinsipial əhəmiyyət
daşıyan işlərə, o cümlədən
soyqırımı məsələsinə xüsusilə həssas
yanaşmalı idi. Bunu vurğulayan B.Məhərrəmov ermənilərin
xalqımıza qarşı törətdiyi 31 mart
soyqırımının araşdırılması və həqiqətlərin
dünyaya yayılması işinə ilk dəfə yalnız
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə başlanıldığını qeyd edib. Dahi
liderin 1998-ci ilin 26 martında imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" Fərmanı ilə 31 mart
"Azərbaycanlıların Soyqırımı
Günü" kimi bəyan olunub. 2018-ci il
yanvarın 18-də isə soyqırımı həqiqətlərinin
ölkə və dünya ictimaiyyətinə daha dolğun
çatdırılması məqsədilə Prezident
İlham Əliyev tərəfindən "1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında" sərəncam
imzalanıb.
Deputat həmçinin
bildirib ki, dövlət başçımızın rəhbərliyi
altında mübarizəmiz yalnız hüquq müstəvisində
davam etməyib: "Bakı, Qarabağ, Zəngəzur,
Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və
etnik təmizləmələrin qisası, həm də 102 ildən
sonra, 2020-ci ildə 44 günlük savaşda humanitar hüquq
rəhbər tutulmaqla alınıb, bu vəhşiliklərin
kökündə dayanan təcavüzkar erməni-daşnaksütyun
ideologiyasına tarixinin ən ağır zərbəsi
vurulub".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.- 2023.- 31 mart.- S.10.