Erməni amansızlığının acı nəticələri

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Tarixin səhifələrində erməni vəhşiliyinin, erməni terrorizminin, soyqırımının qanlı izləri çoxdu. Daim güclü havadarlarına arxalanan bu millətçi şovinistlər xalqımıza qarşı soyqırım və qırğınlar törədiblər. XX əsrin əvvəllərində  -  1905-ci ildə, həmçinin 1918-ci ildə mart soyqırımı, əsrin sonunda  - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı - bütün bunlar erməni vəhşiliyinin göstəriciləridir. Tarixin yaddaşına həkk olunmuş bu qanlı səhifələri bütün türk dünyası, həmçinin bəşəriyyət unutmamalıdır, erməni qəddarlığına son qoyulmalıdır.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən çox tarixi var. Bu siyasətin məqsədi azərbaycanlıları öz doğma dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "böyük Ermənistan" dövləti yaratmaqdır. Öz mənfur və təhlükəli siyasətlərini həyata keçirmək üçün onlar ağlasığmayan müxtəlif forma və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə edib, dövlət səviyyəsində separatizmiqonşu xalqlara qarşı təcavüzü dəstəkləyiblər. Bu məqsədlə Hayastanda və ayrı-ayrı xarici dövlətlərdə "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar yaradaraq, erməni diasporununlobbisinin imkanlarını səfərbər ediblər.

Torpaqlarımıza göz dikmiş erməni işğalçılarının soyqırımı siyasəti bu gündavam edir. Əsrlərdir xalqımız erməni vəhşiliyindən, vandalizmindən əziyyət çəkir.

Son iki əsrdə Azərbaycan xalqının rastlaşdığı faciələrdə, ağır sınaqlarda, qanlı hadisələrdə ya birbaşa, ya da dolayısı yolla erməni qaniçənlərinin izi var. Mənfur millətin siyasətçiləri tərəfindən düşünülmüş, planlaşdırılmış şəkildə istiqamətləndirilən daşnaklar qonşu xalqların torpaqlarını ələ keçirmək üçün yaranmış tarixi şərait və imkandan bacarıqla yararlanmağa çalışmışlar. Və həmişə də gizli məqsədlərinə nail olmuşdular.

Xalqımıza qarşı törədilən soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə Ümummilli Liderimiz, böyük dövlət xadimi Heydər Əliyev 26 mart 1998-ci il tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamışdı. Həmin fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə həkk olunmuşdur. Böyük əhəmiyyəti olan bu sənəddə azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməmiş vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların, soyqırımların tariximizdə ilk dəfə olaraq, rəsmən adı çəkilir. 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən  Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri geniş şəkildə açılır.

 XlX əsrin əvvəllərində çar Rusiyası və İran arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri imzalandıqdan sonra Rusiya qədim Azərbaycan torpaqlarında erməni dövlətini yaratmaq planını işə salmışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə fikirləşən rus imperatoru Pyotr cənuba göndərdiyi qasidlərə tapşırmışdı: "Onları (erməniləri) toplayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun".

Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Ordubad, Dərələyəz, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.

Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə baxmayaraq, bu yerlərdə soydaşlarımız sayca böyük üstünlük təşkil edirdilər. Lakin bir müddətdən sonra azərbaycanlıların bu ərazilərdən zorla çıxarılmasına başlandı. İndiki HayastanQarabağ ərazilərindən azərbaycanlıların kütləvi şəkildə çıxarılması, dinc əhaliyə qarşı zorakılıq və vəhşiliklər törədilməsi XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə geniş vüsət almışdır. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, QazaxQarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan-böyüyə kimi amansızcasına qətlə yetirilmişdir. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907, 1918-1920) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən amansızcasına qətlə yetirilmiş, öz evindən, dədə-baba ocaqlarından zorla qovulmuşdur.

1918-ci ildə mart qırğını zamanı Bakının təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan gizlənməyə çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli hadisələrin sırasındadır. 1918-ci il mart-aprel aylarında Şamaxıda çoxsaylı dinc sakin amansızcasına qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış, uçurulmuş və yerləyeksan edilmişdir.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi ermənilər tərəfindən tamamilə yandırılmış və əhalisi məhv edilmişdir. Daşnak quldur  dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmişdir.

1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar məhv edilmiş, amansızcasına qətlə yetirilmişdir.

Baş vermiş qanlı hadisələr nəticəsində təkcə XX əsrdə yüz minlərlə azərbaycanlı buya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırımı siyasətinin qurbanı olmuşlar. Ürək ağrıdan fakt odur ki, bu gün Azərbaycanda erməni millətçilərinin zülmündən buya başqa formada zərər çəkməyən ailə tapmaq çox çətindir. Xalqımız şəhidlərinin xatirələrini həmişə əziz tutur, hörmətlə anır. Vaxt gələcək ermənilər xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrinə görə tarix qarşısında cavab verəcəklər.

 

Vahid MƏHƏRRƏMOV

 

Azərbaycan.- 2023.- 31 mart.- S.11.