“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin
edilməsi ilə bağlı bir sıra
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2575; 2019, ¹ 6, maddə
1012, ¹ 12, maddələr 1937, 1953; 2020, ¹ 3,
maddə 254; 2022, ¹ 5, maddə
445, ¹ 8, maddə 846; Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 9 mart tarixli
2061 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 3.3-cü bənddə
“və onun 3 (üç) müavini həyata keçirir;” sözləri “həyata keçirir.” sözləri
ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“İcraçı
direktorun Müşahidə
Şurası tərəfindən
vəzifəyə təyin
və vəzifədən
azad edilən 3 (üç) müavini vardır;”;
1.2. 3.5-ci bəndə
“ayırmalar,” sözündən
sonra “icbari tibbi sığorta fondundan ayırmalar,” sözləri əlavə
edilsin;
1.3. 6.5.7-ci yarımbənd
ləğv edilsin.
2.Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin
təklifləri əsasında
dövlət səhiyyə
sisteminə daxil olan tibb müəssisələrinə
tibb işçilərinin
işə qəbulu qaydasını iki ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 may 2023-cü il
Azərbaycan.- 2023.- 2 may.- S.3.