Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər KabinetiProkurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, “Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2023-cü il

 

Azərbaycan.- 2023.-7 may.- S.2.