Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
1995-ci il 1 may tarixli
170 nömrəli Sərəncamının
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1995, ¹ 9, maddə 187; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 12, maddə
1028; 2008, ¹ 12, maddə 1057; 2011, ¹ 1, maddə 21; 2018, ¹ 11, maddə
2327; 2022, ¹ 11, maddə 1331) 1-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
kollegiyası aşağıdakı
tərkibdə təsdiq
edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 may 2023-cü il
Azərbaycan.- 2023.-7 may.- S.2.