Londonda III Çarlzın
tacqoyma mərasimi keçirilib
Londondakı Vestminster
Abbatlığında III Çarlzın,
eləcə də kraliça - konsort Kamillanın tacqoyma mərasimi çərçivəsində
tədbirlər keçirilib.
Rəsmi olaraq
III Çarlz 2022-ci il sentyabrın 8-də
anası Kraliça
II Elizabetin ölümündən
bir gün sonra kral oldu.
Mayın 6-da yerli
vaxtla saat 06:00-dan başlayaraq kral kortejinin Bukingem Sarayından Vestminster Abbatlığına gedən
marşrutu boyunca müşahidə platformaları
açılıb. Yolun
uzunluğu 2,29 km təşkil edib.
Abbatlığa gedən korteji müşayiət etmək,
əsasən saray süvarilərindən olan
200 əsgərə həvalə
edilib. Ümumilikdə, tacqoyma günü
təhlükəsizliyin təmin
edilməsinə dörd
minə yaxın hərbçi cəlb olunub.
Kral korteji Bukingem Sarayından Vestminster Abbatlığına yola düşüb.
Bundan sonra bir neçə
mərhələdən ibarət
iki saatlıq tacqoyma mərasimi başlayıb.
Birinci mərhələdə
III Çarlz öz təbəələri ilə
tanış olub: o, dünyanın dörd bir tərəfinə üz tutduqdan sonra "şübhəsiz
kral" elan edilib. Orada olanlar ona sədaqətlə xidmət
edəcəklərinə and içiblər.
III Çarlz
daha sonra kral andı içib və 1300-cü ildə hazırlanmış
tacqoyma kürsüsündə
(Müqəddəs Edvard
kreslosunda) oturub.
Arxiyepiskop onu müqəddəs yağla məsh edərək monarxın alnına, sinəsinə və qollarına xaç çəkib. Mərasimin bu
hissəsi ən müqəddəs hesab edildiyi üçün ictimaiyyətdən gizlədilib.
Növbəti, ən təntənəli
mərhələdə III Çarlz
Müqəddəs Edvardın
tacını taxıb
və koronasiya prosesi kulminasiya məqamına çatıb.
Kral təntənəli libas geyinib və ona monarx reqaliyaları
təqdim olunub.
Sonra arxiyepiskop III Çarlzın başına
tac qoyub,
abbatlığın zəngləri
çalınıb, trubalar
səsləndirilib və
atəşfəşanlıq olub.
Mərasimin son mərhələsində kral
taxta çıxıb.
Beləliklə, III Çarlz
1066-cı ildən bəri
Vestminster Abbatlığında
tac taxan
40-cı hökmdar monarx
olub.
Bundan sonra Kamilla üçün
daha sadə tacqoyma mərasimi baş tutub, kraliça and içməyib.
Vestminster Abbatlığında
keçirilən tacqoyma
mərasiminə kral ailəsinin üzvləri,
203 ölkənin nümayəndələri,
həmçinin ictimai
və xeyriyyə xadimləri də daxil olmaqla 2,3
minə yaxın adam dəvət olunub.
Mərasimdə 100-ə yaxın dövlət başçısı iştirak
edib.
Rizvan CƏFƏROV
Azərbaycan.-
2023.-7 may.- S.1; 16.