23
binadan ibarət yaşayış kompleksinin tikintisi ilə
tanışlıq
Şuşa
Zəfərimizin rəmzidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da
Şuşa şəhərində 23 binadan ibarət
yaşayış kompleksində aparılan tikinti işlərinin
gedişi ilə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
dövlətimizin başçısına və birinci
xanıma görülən işlər barədə məlumat
verdi.
Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Diqqətə çatdırıldı ki, yaşayış kompleksində ümumilikdə
450 mənzil istifadəyə veriləcək. Burada
28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30
dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin
əksəriyyəti keçmiş məcburi
köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə
Şuşada çalışan işçilərin
xidməti istifadəsi üçün nəzərdə
tutulub. Üçmərtəbəli və
beşmərtəbəli binalardan ibarət
kompleksdə sakinlərin rahat
yaşayışı üçün hər
cür şərait yaradılacaq.
Ərazidə geniş abadlıq və
yaşıllaşdırma işləri görüləcək.
Azərbaycan.-2023.- 11 may.- S.5.