Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində
lövhələrin açılışı olub
Şuşa
Zəfərimizin rəmzidir
Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri tədbirdə iştirak ediblər.
Dövlətimizin
başçısına və birinci xanıma küçələrdə
görüləcək işlər barədə məlumat
verildi.
Bildirildi
ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr,
eni isə yol yatağına uyğun olaraq 10-14 metr
aralığında dəyişir. 8 Noyabr
küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir.
Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri
infrastruktur yaradılacaq.
Azərbaycan.-2023.- 11 may.- S.5.