Dövlət Xidmətləri Mərkəzinin
yenidənqurma və təmir işlərinə
başlanılıb
Şuşa
Zəfərimizin rəmzidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına və birinci xanıma görüləcək
işlər barədə məlumat verildi.
Qeyd
edək ki, Şuşada Dövlət Xidmətləri Mərkəzinin
yenidənqurma və təmir işlərinə Prezident
İlham Əliyevin tapşırığına əsasən
başlanılıb. Burada keçmiş poçt
binasında və onun yerləşdiyi ərazidə
əsaslı təmir işləri aparılacaq. Dördmərtəbəli binanın əsaslı təmirindən
sonra burada “ASAN xidmət”
və “DOST xidməti” mərkəzləri, KOB evi,
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin (poçt,
rabitə qovşağı) filialının fəaliyyət
göstərməsi nəzərdə tutulur.
Azərbaycan.-2023.- 11 may.- S.7.