Dəmir Yumruq küçəsinin
lövhəsinin açılışı
Şuşa
Zəfərimizin rəmzidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir
Yumruq küçəsinin lövhəsinin
açılışında iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına və birinci xanıma küçədə
aparılan bərpa-yenidənqurma işləri barədə məlumat
verildi.
Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır.
Dövlətimizin başçısı Dəmir
Yumruq küçəsinin lövhəsinin
açılışını etdi.
Azərbaycan.-2023.- 11 may.- S.9.