Yeni Azərbaycan
Partiyasının nümayəndələri Ulu
Öndər Heydər Əliyevin məzarını ziyarət
ediblər
Mayın
10-da müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümü ilə əlaqədar Yeni Azərbaycan
Partiyasının (YAP) nümayəndələri Fəxri
xiyabana gələrək, Ulu Öndərin xatirəsini yad
edib, məzarı önünə əklil və gül dəstələri
qoyublar.
AZƏRTAC
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi anılıb, məzarı
üzərinə tər güllər düzülüb.
Qeyd
edək ki, Azərbaycanın müstəqil dövlət kimi
inkişafı və tarixi uğurlar qazanması ümummilli
lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü
siyasəti və əbədiyaşar ideyaları ilə
bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.
Bu gün qüdrətli və qalib Azərbaycan dövləti ümummilli
lider Heydər Əliyevin siyasi
varisi, ölkə Prezidenti,
Müzəffər Ali Baş
Komandan, Yeni Azərbaycan
Partiyasının Sədri İlham
Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər
yolunda inamla irəliləyir,
yeni-yeni nailiyyətlərə imza atır.
Azərbaycan.-2023.- 11 may.- S.10.