Tahir Budaqov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İlielan olunub. Bu il ərzində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu kimi müasir tariximizdə özünəməxsus yer tutan böyük şəxsiyyətdir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında söyləyib.

Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev istər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və tərəqqisi üçün misilsiz xidmətlər göstərib: “Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır”.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən birisiyasi varisliyin təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib. Ona görə də bu gün Azərbaycan xalqı böyük qürur və fəxarətlə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabana axın edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edir”,- deyə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb.

 

 

Azərbaycan.-2023.- 11 may.- S.10.