Heydər Əliyevə
yazılan məktub
...Keçən əsrin 1990-cı ili. Qanlı Yanvar hadisəsindən sonra Ulu Öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək "qırmızı qvardiyaçı" cəlladların doğma xalqına qarşı törətdiyi cinayətə kəskin etirazını bildirmişdi. Həmin kadrları atamla birlikdə evdə izləyirdik. Ulu Öndərin bənizi solğun, əhvalı isə çox pəjmürdə idi...
Bizim doğma diyarımızda isə vəziyyət gündən-günə pisləşir, yaşam şərtləri ağırlaşırdı. Naxçıvan əhalisi işıqsız, istiliksiz, ərzaqsız, ən dəhşətlisi isə ümidsiz qalmışdı. Təxribat xarakterli şayiələr yayılır, narahatedici xəbərlər səslənirdi. Amma bu şayiələrə məhəl qoymayan Naxçıvan camaatı bütün çətin məqamlarda yumruq kimi birləşdi. İnsanlar bütün çətinliklərə rəğmən canını, varını-yoxunu ortaya qoyub mübarizə aparmağa başladı.
Məhz həmin ağır günlərdə Ulu Öndər xilaskarlıq missiyasına başladı. Onun doğma yurduna qayıdışı bu yurdun insanlarına inam, yeni güc, mübarizlik ruhu bəxş etdi. Naxçıvan camaatı öz həqiqi liderinin müdafiəsində fəallıq nümayiş etdirdi. Beləliklə də Heydər Əliyevlə xalqın birliyi öz bəhrəsini verməyə başladı.
Həmin o günlərin canlı şahidi, o vaxt təşkil olunan görüşlərin iştirakçısı kimi bütün hadisələr xatirimdədir. Moskvadan Bakıya, oradan da təyyarə ilə Naxçıvana qayıdan Heydər Əliyevi doğma diyarı, böyüyüb boya-başa çatdığı məhəlləsi yenidən öz qoynuna aldı.
Baş verən hadisələr, siyasi proseslər yeniyetmə yaşlarımda mənə o qədər də aydın deyildi. Amma valideynlərimin, yaxın qohum-əqrəbalarımın, həmçinin şəhər əhalisinin üz-gözündəki təşviş və nigaranlıq xoş duyğularla əvəz olunmuşdu.
Ümummilli Liderin Naxçıvandan başlanan siyasi mübarizəsinin nüvəsində Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni dəf etmək və ölkə əhalisinə xoşbəxtlik bəxş etmək dayanmışdı.
1993-cü ilin yanvar ayının əvvəli idi. 16 yaşım vardı. Həmişə olduğu kimi, dərslərimi, yazı-pozumu çıraq işığında aparırdım. Dərslərimi bitirdikdən sonra neçə müddət idi ki, yazmaq istədiyim məktubun ilk sətirlərini qələmə aldım. Məktubum ölkəmizin xilaskarına ünvanlanmışdı...
1993-cü
il 20 Yanvar
- Anım Günü idi. Naxçıvanda uşaqdan-böyüyə - hamı Şəhidlər
xiyabanına toplanmışdı.
Mən fürsət axtarıb məktubu Ulu Öndərə vermək
istəyirdim. Amma bu, həmin gün mümkün olmadı.
Ona yaxınlaşmağımı
hiss edən mühafizəçilər
mənə tərəf
gəldi, nə istədiyimi öyrənəndən
sonra məktubu alıb mütləq ona çatdıracaqlarına
söz verdilər. Məktubu birbaşa özünə
verə bilmədiyimə
görə çox məyus olmuşdum.
Həmin vaxtdan cəmi 5 gün keçmişdi. 1993-cü il yanvarın 25-də
məni məktəbin
direktoru öz kabinetinə çağırdı.
Direktorumuz xoş xəbər verərək
dedi ki, məni Ali Məclisə dəvət ediblər. Sevincimin hədd-hüdudu yox idi. Birdən direktorumuz təlaşla soruşdu: "Nədənsə
narazısan, şikayətin
var?" Amma mən heç
bir şikayətimin olmadığını, sadəcə
Naxçıvanın xilaskarına
minnətdarlıq məktubu
yazdığımı bildirdim.
Elə həmin
gün nahardan sonra Naxçıvan Ali Məclisinə getdim. O nurlu insan, Ulu Öndər
Heydər Əliyev məni qəbul etdi. 2 saat dahi liderin qəbulunda
oldum. Bu 2 saat bir ömrü
rövnəqləndirəcək qədər dəyərli
idi.
Həmin vaxt soyuq qış
günü idi. Ulu Öndərin
otağını isidəcək
soba olmasa da, masasının üzərində
yazı-pozu işlərini
rahat aparmaq üçün bir çıraq vardı.
Məni təəccüb hissi bürümüşdü. Öz-özümə deyirdim ki, bu qədər dəyərli bir şəxsiyyət üçün
niyə heç bir şərait yaradılmayıb? Axı o, bu
məhrumiyyətlərlə, çətinliklərlə üzləşməməli
idi. Hətta söhbət əsnasında
bunu özünə də dedim. Cavabı isə məni heyrətləndirdi:
"Qızım, xalqımız
çətin imtahan qarşısındadır, mən
hər anımı insanlarımız kimi yaşamalıyam ki, azadlıq yanğısı,
müstəqillik istəyimiz
sönməsin. Vəziyyətin belə olması məni çəkindirmir,
əksinə, mübarizə
əzmimi artırır.
Bacardığım qədər xalqımın
yanında olacağam.
Əlimdən nə gəlirsə,
xalqımıza, millətimizə
həsr edəcəyəm.
Mənim
hər zaman düşmənlərim olub,
idarəçilik dönəmində
onlarla necə lazımdırsa mübarizə
aparmışam. Düşmənlərimin arasında hər millətdən olub. Ermənilərdən də olub, qeyri-millətlərdən də.
Ancaq məni ən çox təəssüfləndirən
"sapı özümüzdən
olan baltalar"dır".
Heyranlıqla onun nur tökülən
simasına baxırdım. Mənə Moskva
Dövlət Universitetində
oxumağı təklif
etdi. Amma həmin vaxtların
diktəsi başqa, günün tələbləri
isə fərqli idi.
Görüşümüzün
sonunda mənə bir kitab hədiyyə
edib iç vərəqində öz imzasını atdı. Gələcəkdə yaxşı
təhsil almağıma,
həyatda uğur qazanmağıma xeyir-dua verdi. Ümummilli Liderimizlə
görüş mənə
sanki əlavə güc və yaradıcılıq potensialı
bəxş etdi.
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın layiqli vətəndaşı olmaq
üçün səylə
çalışdım.
2003-cü
il dekabrın
12-də Azərbaycan xalqının
xilaskarı, Ulu Öndər Heydər Əliyevin vəfatı xəbəri məni çox sarsıtdı. Günlərlə özümə gələ
bilmədim. Amma söz
vermişdim, layiqli vətəndaş olmaq üçün səylə
çalışmalı idim.
Çox keçmədi, mən elm
yolunda irəliləyir,
məqalələr yazır,
elmi konfranslarda iştirak edir, tariximizdə gizlin məqamların araşdırılması
ilə məşğul
olurdum. 2018-ci ildə
Ali Attestasiya Komissiyasından
elmlər doktoru diplomumu alanda ilk getdiyim yer Ulu
Öndər Heydər
Əliyevin məzarı
oldu.
İllər irəliləsə də,
mənim ruhum sanki o illərdə qalıb. 1989-1993-cü illərdə baş verənlər xəyalımdan bir an belə olsun
getmir. Bəli, siyasi vəziyyətin,
gedən proseslərin
hamısı ölkəmizin
müstəqilliyi üçün
illər əvvəl Ümummilli Liderimiz tərəfindən çox
dəqiqliklə hesablanıb,
hazırlanıbmış. Və bu gün ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.
Xalqı, dövləti ilə bütövləşən, hər
bir vətəndaşına
vaxt ayırmağı
bacaran, ölkəsinin
hər bir daşını, qayasını,
hər qarış torpağını canından
da çox sevən böyük insan, əziz xatirən hər birimizin ürəyindədir.
Sevinc ABBASOVA,
Naxçıvan Dövlət Universitetinin
dosenti, tarix üzrə elmlər doktoru
Azərbaycan.-2023.- 11 may.- S.17.