“AzərEnerji” ASC “Müasir
energetikanın banisi” filmini təqdim etdi
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “AzərEnerji” ilin əvvəlindən başlayaraq
həyata keçirdiyi
silsilə tədbirlərin
davamı olaraq Ümummilli Liderin elektroenergetika sahəsində
gördüyü misilsiz
fəaliyyətilə bağlı
“Müasir energetikanın
banisi” adlı filmin təqdimatını
keçirib.
“Qafqazinfo” xəbər
verir ki, tədbirin əvvəlində
“AzərEnerji” rəhbərliyi
və məsul şəxslər Ulu Öndərin Fəxri Xiyabandakı məzarını
ziyarət edib, məzarın özünə
gül dəstələri
qoyublar. Sonra “AzərEnerji”nin Baş idarəetmə,
elm, tədris kompleksində
Ulu Öndərin fəaliyyətini əks etdirən foto sərgiyə baxış
keçirilib. Daha sonra
“Müasir energetikanın
banisi” filmi nümayiş olunub.
Filmdə
Ulu Öndər Heydər Əliyevin 1969-cu
ildə Azərbaycan rəhbərliyinə gəlişindən
sonra Respublikanın sosial-iqtisadi həyatının
mühüm sahələrindən
biri olan energetika sektorunda Sovet Moskvasının maneçiliyinə baxmayaraq
Azərbaycan enerjisistemini
kənar mənbələrdən
asılı vəziyyətdən
çıxarması və
Ulu Öndərin Azərbaycanda enerji müstəqilliyinin və
təhlükəsizliyinin bünövrəsini
qoymasından bəhs edilir. Həmçinin 1993-cü ilin iyununda
Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan elektroenergetika
sahəsində əməli
fəaliyyətə keçməsi
də filmdə özünə geniş yer alır. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və
qayğısı sayəsində
- onun siyasi hakimiyyətdə olduğu
hər iki dövrdə Azərbaycanın
energetika sistemində
3300 MVt-dan artıq generasiya gücü yaradıldığı detalları
ilə filmdə əks edilir.
Fikmin təqdimatında
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək
Ulu Öndərin həyatı və energetika sahəsində misilsiz fəaliyyətindən
danışıb.
Azərbaycan.-2023.-
11 may.- S.20.