“AzerGold”
QSC-də Ümummilli Lider
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qanvermə
aksiyası təşkil edilib
“AzerGold” Qapalı
Səhmdar Cəmiyyətində
(QSC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
qanvermə aksiyası
təşkil edilib.
QSC-dən Trend-ə verilən
məlumata görə,
Cəmiyyətin, eləcə
də onun törəmə şirkətləri
olan “Daşkəsən
Dəmir Filiz” Məhdud Məsuliyyətli
Cəmiyyəti (MMC) və
“AzerBlast” MMC-nun əməkdaşları
könüllü olaraq
aksiyada iştirak edərək, irsi və qazanılmış
qan xəstəliklərindən
əziyyət çəkən
uşaqlara dəstək
olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə
qan veriblər.
Milli Hematologiya
və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən
əvvəlcə hər
bir donorun sağlamlığı müvafiq
tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan
qan götürülüb. Toplanan qan
ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq,
talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən
əziyyət çəkən
uşaqların müalicəsində
istifadə olunacaq.
Azərbaycan.-2023.-
11 may.- S.20.