Qeyri-neft məhsullarının
ixracında artım dinamikası yüksəkdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, cari ilin yanvar-mart aylarında ölkəmizdən 7,7 milyard dollarlıq mal ixrac olunmuşdur. Qeyri-neft sektoru üzrə ixracın dəyəri 912,2 milyon dollar olmaqla 2022-ci ilin üç ayı ilə müqayisədə 23,2 faiz artmışdır.
İlk rüb ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,9 dəfə, şəkər ixracı 28,6 faiz çoxalmışdır. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon dollar olmuşdur. Bu dövr ərzində ixrac edilən meyvə-tərəvəz aqrar məhsullar qrupunun 92,4 faizini təşkil etmişdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövründəkindən 56,3 faiz çoxdur.
Hesabat dövründə ixracda enerji birinci, meşə fındığı ikinci, ilkin formalı polipropilen isə üçüncü yerdə qərarlaşmışdır. Cari ilin birinci rübü ərzində Türkiyəyə 339,9 milyon, Rusiya Federasiyasına 200,7 milyon, Gürcüstana 109,2 milyon, İsveçrə Konfederasiyasına 29,7 milyon, Qazaxıstana isə 27,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur.
Mart ayının qeyri-neft
ixracı 261 milyon
dollar təşkil etmişdir. Ay ərzində
yeyinti məhsulları
üzrə ixrac 52,2 milyon dollar, qeyri-yeyinti məhsulları
üzrə isə
208,8 milyon dollara bərabər olmuşdur. Həmin ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında
Türkiyə birinciliyə
yüksəlmiş, Rusiya
Federasiyası ikinci, Gürcüstan isə üçüncü olmuşdur.
Yanvar-mart
ayları üzrə hazırlanan qeyri-dövlət
ixracatçı subyektlərin
reytinqində ilk onluqda
bu şirkətlər
təmsil olunurlar:
"MKT İstehsalat Kommersiya"
MMC, "Azərbaycan İnterneyşnl
Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı
nümayəndəliyi, "STP Global
Cable" MMC, "Baku Steel Company" QSC, "P-Aqro" MMC, "Azərbaycan
Şəkər İstehsalat
Birliyi" MMC, Şirinov
Elvin Valeh oğlu,
"Mors Trading" MMC, "Almeyvə"
MMC, "Khan-El" MMC. Qeyri-neft sektoru üzrə
ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus
şirkətlərin siyahısına
isə "Azərenerji"
ATSC başçılıq edir. Daha sonra siyahıda bu şirkətlər var: ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi, "Socar
Polymer" MMC, "Azəralüminium"
MMC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,
"Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan
Dəmir Yolları"
QSC, "Şəki Şərab"
MMC, "ASK Tütün" MMC.
Azərbaycan Respublikasının Kosmik
Agentliyi ("Azərkosmos")
tərəfindən dünyanın
40 ölkəsinə 5,4
milyon dollar dəyərində
xidmət (peyk telekommunikasiya xidmətləri
və optik peyk xidmətləri) ixrac edilib. Agentliyin xidmət
ixracından əldə
etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizinə
bərabərdir. Təkcə
mart ayında agentlik tərəfindən dünyanın
39 ölkəsinə 1,8 milyon dollar dəyərində
xidmət göstərilib.
İlin birinci rübü ərzində peyk telekommunikasiya və optik peyk
xidmətlərinin ixracının
ilk beşliyində 1,2 milyon
dollarla Birləşmiş
Krallıq, 1 milyon dollarla Lüksemburq, 805,7
min dollarla Fransa, 446
min dollarla BƏƏ və
252,5 min dollarla Almaniya
qərarlaşıb.
Aprel ayı ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi üzərindən
24,6 milyon dollar dəyərində qeyri-neft
məhsulları ixracı
həyata keçirilib.
Ay ərzində mərkəzə
136 müraciət daxil
olub. Qeyd edilən dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən
qiymətli metallar, pambıq mahlıcı, pambıq çiyidi, kərə yağı, pendir, ayran, qənnadı məmulatları,
limonad, nar, alma və qarışıq şirələr, çaxır,
narşərab, dondurma,
iribuynuzlu heyvanların
dondurulmuş mədəsi,
akvakultur üsulu ilə yetişdirilmiş balıqların kürüsü
və dondurulmuş əti, gips daşı, tibbi zəli, diyircəkli yastıq, polad boru, polad kvadrat
pəstah, polad armatur yayması ixrac edilib. Adı çəkilən
məhsullar arasında
qiymətli metallar, polad boru, pambıq
mahlıcı, süd
məhsulları, meyvə
şirələrinin ixracı
daha çox olub. Bizim məhsulları daha çox alanlar arasında İsveçrə,
Gürcüstan, Türkiyə,
Rusiya, ABŞ, BƏƏ, Türkmənistan,
Tacikistan, Tatarıstan,
Almaniya, İraq, Çin, Moldova, Qazaxıstan,
İtaliya, Özbəkistan
kimi ölkələr
var.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.-14 may.- S.5.