Prezident
İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Baronessa
Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlətimizin başçısına
təqdim etdi.
Prezident İlham
Əliyev məktuba görə minnətdarlığını
bildirdi.
Söhbət zamanı
ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi qeyd olundu,
energetika, neft-qaz sektorunda əməkdaşlığa
toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın
həyata keçirildiyi
vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi
qeyd edildi.
Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulandı.
Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.
Azərbaycan.-2023.-31
may.- S.12.