Birliyin
iştirakçısı olan dövlətlərin
geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən
zondla tədqiq edilməsi sahələrində
qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli
Sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 aprel 2023-cü il
Azərbaycan.-2023.- 13 may.- S.1.