Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
Mayın 15-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə
olan Belarus Respublikası
Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
Görüşdə Azərbaycan-Belarus ticari-iqtisadi
əməkdaşlığının, investisiya fəaliyyətinin
və sənaye kooperasiyasının aktual
məsələləri nəzərdən
keçirilib.
Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə hökumətlərarası komissiyanın
bu gün Bakıda keçirilən
növbəti iclasının
əhəmiyyəti qeyd
olunub.
Tərəflər qarşılıqlı maraq
doğuran sahələrdə
qarşılıqlı faydalı
tərəfdaşlığın inkişaf perspektivlərini
də müzakirə ediblər.
Azərbaycan.- 2023.-16 may.- S.3.