“Banklar haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 562, ¹ 11, maddə 1070; 2008, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə 1517; 2015, ¹ 11, maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə 975; 2017, ¹ 4, maddə 521, ¹ 11, maddə 1956, ¹ 12 (I kitab), maddə 2227; 2018, ¹ 1, maddə 33, ¹ 5, maddə 842, ¹ 7 (I kitab), maddə 1389, ¹ 12 (I kitab), maddə 2466; 2019, ¹ 1, maddələr 32, 50, ¹ 4, maddə 599, ¹ 6, maddə 999, ¹ 7, maddə 1185, ¹ 8, maddə 1365; 2020, ¹ 5, maddə 515; 2021, ¹ 1, maddə 8, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1298; 2022, ¹ 12, maddələr 1379, 1399; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 706-VIQD nömrəli, 30 dekabr tarixli 785-VIQD nömrəli və 24 fevral tarixli 823-VIQD nömrəli qanunları) 41.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasın ikinci cümləsinə “məlumatlar” sözündən sonra “bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla” sözləri əlavə edilsin.
2. Dördüncü-beşinci abzaslar müvafiq olaraq beşinci-altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel
2023-cü il
Azərbaycan. -
2023.- 17 may.- S.2.