Banklar haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi Banklar haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Banklar haqqındaAzərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

2. “Banklar haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 143; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 11, maddə 1392; 2017, ¹ 4, maddə 550; 2021, ¹ 12, maddə 1373; 2022, ¹ 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;”;

2.2. 3.3-cü bənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər KabinetiBanklar haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2023-cü il

 

Azərbaycan. - 2023.- 17 may.- S.2.