“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul
tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının
2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. Azərbaycan
Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin
“Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin
Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin
“Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda)
və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
1.3. həmin
Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci
cümlələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin
2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirir.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti “Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının
2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli
gələn məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi üç ay
müddətində:
3.1. Azərbaycan
Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və
52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün həmin maddələrdə
nəzərdə tutulan hüquqi şəxsin ödənilməli
olan nizamnamə kapitalının miqdarını təsdiq edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.2. həmin
Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə,
52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün həmin maddələrdə
nəzərdə tutulan şəxslərin dövriyyə həcmini
təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin.
4. “Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7,
maddə 803; 2014, ¹ 9, maddə 1050, ¹ 11, maddələr 1382,
1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə 1121; 2016, ¹ 6, maddələr
1020, 1044, ¹ 11, maddə 1827; 2018, ¹ 7 (I kitab), maddə 1476; 2019,
¹ 7, maddə 1240; 2020, ¹ 6, maddə 703; 2021, ¹ 1, maddə 36;
2023, ¹ 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər edilsin:
4.1.5.1-ci bəndə
“44.6-cı” sözlərindən sonra “maddələrində,
45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində”
sözləri əlavə edilsin;
4.2.5.4-cü
bənddə “45.2-ci maddəsinin” sözləri “45.2-ci və
45.3-cü maddələrinin” sözləri ilə əvəz
edilsin və həmin bəndə “52.3-cü” sözlərindən
sonra “maddələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin
2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində”
sözləri əlavə edilsin;
4.3.
aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə
edilsin:
“5.11-1. həmin
Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin
“Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda)
və 52.1.11-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;”;
4.4. 5.19-cu bəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və
aşağıdakı məzmunda 5.20-ci bənd əlavə
edilsin:
“5.20. həmin
Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin
3-cü bəndində, “iqtisadi rayonlar” dedikdə, “Azərbaycan
Respublikasında iqtisadi rayonların yeni bölgüsü
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7
iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və
1.13-cü bəndlərində göstərilmiş Azərbaycan
Respublikasının iqtisadi rayonları nəzərdə
tutulur.”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 may 2023-cü il
Azərbaycan.-
2023.- 17 may.- S.7.